Mişki-tərdən danələr can bənlərin,
Rövşən etdi ənbərəfşan bənlərin,
Qıldı Hindüstanı nalan bənlərin,
Oldu Rum elinə sultan bənlərin.
İMADƏDDİN NƏSİMİ
Mişki-tərdən danələr can bənlərin,
Rövşən etdi ənbərəfşan bənlərin,
Qıldı Hindüstanı nalan bənlərin,
Oldu Rum elinə sultan bənlərin.
İMADƏDDİN NƏSİMİ
Oldu çün abi-müəlləq qəbqəbin,
Kuyi-simindürür əlhəq qəbqəbin,
Sibi-cənnətdir mühəqqəq qəbqəbin.
Badeyi-paki-mürəvvəq qəbqəbin.
İMADƏDDİN NƏSİMİ
Sərvəra, sərvi-rəvandır qamətin,
Aşiqə ruhi-rəvandır qamətin,
Ərəri-baği-cinandır qamətin,
Şaxi-tubadan nişandır qamətin.
İMADƏDDİN NƏSİMİ
Tən edər qənd ilə bala ləblərin,
Rəng verir yaqutü lələ ləblərin,
İrməsin hərgiz zəvalə ləblərin,
Mərhəm oldu xəttü xalə ləblərin.
İMADƏDDİN NƏSİMİ
Gövhəri-dürri-məani dişlərin,
Seyr edər ol laməkani dişlərin,
Gördü çün kim, binişani dişlərin,
Otuz iki gizli kani dişlərin.
İMADƏDDİN NƏSİMİ
Riştəyə gövhərdir, ey can, dişlərin,
Dürri-yetimdir firavan dişlərin,
Ləl ilə mərcandır, ey can, dişlərin.
Qılsa mən dərvişə ehsan dişlərin.
İMADƏDDİN NƏSİMİ
Mürdəyə canlar nisar eylər dilin,
Kafü nundan yoxu var eylər dilin,
Bülbüli aşiqi-zar eylər dilin
Kim, ənəlhəqdə qərar eylər dilin.
İMADƏDDİN NƏSİMİ
Pərdə götrüldü üzündən dilbərin,
Üzü göründü üzündən dilbərin,
Gənc zahir oldu, ey gənc istəyən,
Adəmü Həvva üzündən dilbərin.
İMADƏDDİN NƏSİMİ
Taliba, əvvəl qədəm üç dörd gərək,
Dördü dörddür, dördünə üç dörd gərək,
Əqrəəl Quran əla hərfi ki var,
Yar üzündə dəxi səksən dörd gərək.
İMADƏDDİN NƏSİMİ
Dideyi-ürfanı aç bidar isən,
Eşq camın nuş qıl huşyar isən,
Olma qafil talibi-didar isən,
Sərdən əl yu sərvəri-sərdar isən.
İMADƏDDİN NƏSİMİ
هم اکنون 3 کاربر در حال مشاهده این تاپیک میباشد. (0 کاربر عضو شده و 3 مهمان)