Ey camalın kafü hey, yey, eynü sad,
Məniyi ya sin saçında müstəfat.
Qəddi min-Tuba, əya huri nicat,
Səcdeyi-vəchində meracil-ibat.
İMADƏDDİN NƏSİMİ
Ey camalın kafü hey, yey, eynü sad,
Məniyi ya sin saçında müstəfat.
Qəddi min-Tuba, əya huri nicat,
Səcdeyi-vəchində meracil-ibat.
İMADƏDDİN NƏSİMİ
Gəl, mühiti-eşqə bir gəz dala gör,
Vəhdətin dürrün içindən ala gör.
Adəmǝ qıl səcdə, kibri sala gör,
Olma şeytan, düşmə məkrü ala gör.
İMADƏDDİN NƏSİMİ
Qaşların yayı məni qurban edər.
Surətin nəqşi könül heyran edər,
Gör bu qüdrət möcüzü yəzdan edər,
Cümləəşya səndə uş seyran edər.
İMADƏDDİN NƏSİMİ
Abü xaki eylədi çün həq xəmir,
Ərşini xəlq eylədi yəni sərir,
Hüsnünü şah eylədi, eşqi əmir
Aşiqü məşuq ilə eşq oldu bir.
İMADƏDDİN NƏSİMİ
Yar əlindən çün meyi-dilkəş gǝlir,
İçəlim, həqdən nə gəlsə xoş gəlir.
On səkkiz min aləmin sirrin bilən
Kəbəteyni atacaq se şeş gəlir.
İMADƏDDİN NƏSİMİ
Çün həqi hər yerdə aydırsan ki, var,
Səndə bəs həq var imiş, həq səndə var.
Ənbiyanın sirrini bilməz davar,
Qismət olmaz divə rahi-xoşgüvar.
İMADƏDDİN NƏSİMİ
Çox zaman keçdivü çox gəzdi mədar,
Səndən özgə görmədi bir doğru yar.
Hər kimin mənzuru sənsən, ey nigar,
Cənnəti-əladadır leylü nəhar.
İMADƏDDİN NƏSİMİ
Həq təalanın kəlamı səndədir,
Favü zad ol bil ki, lamı səndədir.
Rövşənin darüssəlamı səndədir.
Gör kəlami həm səlami səndədir.
İMADƏDDİN NƏSİMİ
Gəl ki, sənsən ərşü kürsi səndədir,
Bistü həştü sivü düsi səndədir,
Ey Məsiha, ruhi-qüdsi səndədir.
Həqmisən, yoxsa ki, əksi səndədir?
İMADƏDDİN NƏSİMİ
Ey könül, həq səndədir, həq səndədir,
Söylə həqqi kim, ənəlhəq səndədir,
Nuri mütləq, zati mütləq səndədir.
Müshəfin hərfi mühəqqəq səndədir.
İMADƏDDİN NƏSİMİ
هم اکنون 1 کاربر در حال مشاهده این تاپیک میباشد. (0 کاربر عضو شده و 1 مهمان)