Əsrari-dilim xalqa nümayan oldu,
Hər dilbərə istədim baxım, qan oldu.
Bu dəhri-dənidə bəs ki, möhnət çəkdim,
Qəddim bükülüb, misali-çövkan oldu.
NƏBATİ
Əsrari-dilim xalqa nümayan oldu,
Hər dilbərə istədim baxım, qan oldu.
Bu dəhri-dənidə bəs ki, möhnət çəkdim,
Qəddim bükülüb, misali-çövkan oldu.
NƏBATİ
Saqi, mənə bir cam o meydən ver, ver,
Bir türfə xəbər o bəzmi-Keydən ver, ver,
Mütrüb, dur ayağə, rəqs qıl məstanə,
Dadi-dilimi nəvayi-neydən ver, ver.
NƏBATİ
Zahid, bu namaz tərkini qıldın, qıl,
Bu rəsmi-məcaz tərkini qıldın, qıl.
Təhtül-hənəki uzatma dəxi, bəsdir,
Bu işvəvü naz tərkini qıldın, qıl
NƏBATİ
Nǝrgiz kimi ol gözlǝrǝ aldanma, amandır,
Mǝzlum görünǝn zalimin hǝr zülmü yamandır.
SAİB
Xǝncǝrin bircǝ baxışda kǝsǝrin billǝm o dǝm,
Qaşının ovxarını bilmǝyirǝm, bilmǝyirǝm!.
SAİB
Ahımın atǝşi o qaşlarına etmǝz ǝsǝr,
Bǝs nǝ sözdür ki, deyilǝr kaman otda ǝyilǝr.
SAİB
Küçǝdǝ torpaq ilǝ oynayan o oğlana bax.
Kim ki, nadandı bu dünya onu bil, oynadacaq.
SAİB
Elǝ ağır keçir illǝr ǝyilibdir belimiz.
Yola saldıqda ili bayram edir ellǝrimiz.
SAİB
ÖLÜM HƏQDƏNDİR, ƏMMA NÖVCƏVAN
ÖLMƏK NƏ MÜŞKÜLDÜR
Ölüm hǝqdǝndir, ǝmma növcǝvan ölmǝk nǝ müşküldür,
Gözündǝ hǝr muradı, tazǝ-can ölmǝk nǝ müşküldür.
Hǝvayi-eşq sǝrdǝ, xatirindǝ vǝsl sevdası,
Dilindǝ ǝzbǝri-yarü cinan ölmǝk nǝ müşküldür.
Tamaşayi-camalından nǝzǝrlǝr olmaya xali,
Nizami-xǝttü xalı xoşnişan ölmǝk nǝ müşküldür.
Kǝlamı, nitqi, lǝfzi xoş, dili şirin, üzü xǝndan.
Qiyami-qamǝti sǝrvi-rǝvan ölmǝk nǝ müşküldür.
Çǝkǝ hǝsrǝt görǝnlǝr, görmǝyǝnlǝr arizusunda,
Ola dillǝrdǝ vǝfi hǝr zaman, ölmǝk nǝ müşküldür.
Keçib peykan bağrından, düşüb mǝSruh sǝrgǝştǝ,
Ola al qanına qǝltan ölmǝk nǝ müşküldür.
Verǝ qürbǝtdǝ San, yanında yarü hǝmdǝmindǝn yox,
Qala könlündǝ hǝr sirri nihan, ölmǝk nǝ müşküldür.
Tǝkǝllümdǝn düşüb dil, tabü taqǝt qalmayıb Sanda,
Gözü yollarda qalıb bizǝban ölmǝk nǝ müşküldür.
Tamam olmaz yüz il şǝrh eylǝsǝm bu dǝrdi-bidǝrman,
Qǝribü bikǝsü bixaniman ölmǝk nǝ müşküldür.
Neçǝ növrǝs cǝvani-sǝrǝfrazından cüda, hǝsrǝt,
Vidadi, xǝstǝ düşmǝk, natǝvan ölmǝk nǝ müşküldür.
VİDADİ
Last edited by t.s.m.t; 27-07-2008 at 20:29.
Gülmǝ ey gǝnc, bu ağarmış saçımın mǝnası var,
Bil ki, bu dünyada hǝr dağ başına yağmır o qar.
SAİB
هم اکنون 3 کاربر در حال مشاهده این تاپیک میباشد. (0 کاربر عضو شده و 3 مهمان)