Saqi, gətir ol cami-zərəfşanı görək,
Sal gərdişə bir o rahi-reyhanı görək,
İsgəndərə söylə getməsin Zülmatə,
Göstər ona bir o abi-heyvanı görək.
NƏBATİ
Saqi, gətir ol cami-zərəfşanı görək,
Sal gərdişə bir o rahi-reyhanı görək,
İsgəndərə söylə getməsin Zülmatə,
Göstər ona bir o abi-heyvanı görək.
NƏBATİ
Mən ruzi-əzəldə sevmişəm bir şahi,
Allah deyər ona əliallahi,
Hər kim ona allah desə, kafirdir,
Şəkkaldır ol Nəbatitək, vallahi
NƏBATİ
Meyxanədə mey əcəb bəha tapdı genə,
Hər rindü gəda bu gün nəva tapdı genə,
Aineyi-dil ki, zəngi-qəm tutmuş idi,
Bir cam ilə gör necə səfa tapdı genə!
NƏBATİ
Saqi, bu Nəbati niyə dəng oldu genə?
Netdin ona, böylə şiri-cəng oldu genə?
Bu badəni gör ki, pərri-tavus kimi,
Bu qətreyi-dil hezar rəng oldu genə
NƏBATİ
Ey cani-həzin, bu nalədən bir əl çək,
Qoy bəngi yerə, piyalədən bir əl çək,
Sındır qələmi, dəvatın ağzın möhr et,
Bu hamı yalan məqaldən bir əl çək
NƏBATİ
Bu xacə, cəlal tərkini qıldın, qıl,
Bu malü mənal tərkini qıldın, qıl,
Çün axır olub cəlal bir xabü xəyal,
Bu xabü xəyal tərkini qıldın, qıl.
NƏBATİ
Ey dust, şərab tərkini qıldın, qıl,
Bu çəngü rübab tərkini qıldın, qıl,
Çün rəncü məlal imiş meyin əncamı,
Bu rəncü əzab tərkini qıldın, qıl.
NƏBATİ
Saqi, mənə bir soraq ola Keydən ver,
Ya bircə xəbər o Hatəmi-Teydən ver,
Sevdayi-cünunə səmmi-qatildir mey;
Qurban sənə, bir piyalə ol meydən ver
NƏBATİ
İyd olsa, cahan xürrəmmü xəndan olacaq,
Hər qətreyi-mey şişədə bir can olacaq,
Bəh, bəh, genə dürdnuşlər bəzmində,
Saqi yıxılıb, piyalə qəltan olacaq.
NƏBATİ
Saqi, atəşi-kəbabə ab eylər əlac,
Mədquqə yəqin şərabi-nab eylər əlac,
Ayineyi-dil zəngi-küdurət tutsa,
Qıl təcrübə kim, qəndü gülab eylər əlac.
NƏBATİ
هم اکنون 1 کاربر در حال مشاهده این تاپیک میباشد. (0 کاربر عضو شده و 1 مهمان)