تبلیغات :
ماهان سرور
آکوستیک ، فوم شانه تخم مرغی ، پنل صداگیر ، یونولیت
دستگاه جوجه کشی حرفه ای
فروش آنلاین لباس کودک
خرید فالوور ایرانی
خرید فالوور اینستاگرام
خرید ممبر تلگرام

[ + افزودن آگهی متنی جدید ]




صفحه 26 از 145 اولاول ... 162223242526272829303676126 ... آخرآخر
نمايش نتايج 251 به 260 از 1442

نام تاپيک: آذری شعرلری

  1. #251
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Könlümün şǝhrini çün kim, eylǝdi yǝğmayi-eşq.
    Saldı alǝm mülkünǝ şuri-şǝrü qovğayi-eşq.
    Çaxdı sǝrvim alǝmǝǝsrarımı faş eylǝdi,
    Halıma hǝmdǝm olandan dünyada sevdayi-eşq.
    Qalmadı namusü namım eşq içindǝ zǝrrǝcǝ.
    Qoymuşam namusü namı olmuşam şeydayi-eşq
    Nitq imiş alǝmdǝ mövcud, eşq imiş qayimmǝqam.
    Bizǝ bildirdi ǝzǝldǝn rǝhbǝri-movlayi-eşq.
    Sǝn hümayun lamǝkansan, kǝndözündǝn bixǝbǝr.
    Gǝlmǝdin ta kim,görǝsǝn mǝnzili-ǝlayi-eşq.
    Çıx qǝfǝsdǝn, gǝlgil, ey bülbül, gülüstan seyrin et.
    Bas qǝdǝm meydani-eşqǝ görǝsǝn mǝvayi-eşq.
    Eşq ilǝ hǝr dǝm, Nǝsimi, seyr edǝrsǝn Kuhi-Qaf.
    Sǝnsǝn ol ali mǝqamda şǝhpǝri-ǝnqayi-eşq.

    İMADƏDDİN NƏSİMİ

  2. #252
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    MƏHƏMMƏD PEYĞƏMBƏRİN TƏRİFİ
    O bir olan yaradanın sevimlisi, Rəsulu,
    Allah ilə xəlvətgahda söhbət edən o ulu.
    Sitayişin qibləgahı Əbülqasim Mühəmməd,
    Eşqin feyzi yaradılış nurundan aldı qüvvət.
    Gözəlliyin mahiyyəti oldu aytək siması,
    Camalından nəşət etdi hüsnün ülvi mənası.
    Açıq gözlü adamlara ziya vermişdir gözü,
    Kainata bəzək verdi onun nurani üzü.
    Hüsnü ilə bədirləndi ayın üzü gülərkən,
    Qədr gecəsi ətir aldı onun qara zülfündən.
    Dodaqları lətif, duzlu sözlər yaydı cahana,
    Onun dili fəsihətlə şəkər səpdi hər yana.
    Nərgizləri sürmə lənmiş qar rəngli bəzəklə,
    Qönçəsi də açılmışdır can bəxş edən küləklə.
    Çin-çin olan zülflərinin saçdığı xoş ətirlər,
    Bu dünyanın göbəyindən yayılmış Çinə qədər.
    Camalına cilvə verib göstərərsə üzünü,
    Nazəninlər xəcalətdən itirərlər özünü.
    Əla ənbər dəryasının atı duysa ətrini
    Heyrət edib, dona qalıb itirər öz əqlini.
    Gözəlliyi Üzranın da hüsnün salar hörmətdən,
    Qaşlarıyla Taqi-Kəsra düşər qədrü qiymə tdən.
    Qamətindən kölgə düşsə yerin hər bir daşına,
    Bir tac olub qoyular bil fələklərin başına.
    Hilal kimi barmağını ay səmtinə tutanda,
    Bədrlənmiş ayın hüsnü parçalandı bir anda.
    Adi insan kimi sadə paltar geyib görünər,
    Gah sevilən, gah da sevən olar daim o rəhbər.
    O rəsalət göylərinin günəşidir paydar,
    O cəlalət eyvanının Cəmşididir, hökmdar.
    Aşiqlərin ürəyinə səfa verər hər zaman,
    Böyük-kiçik razı qalar onun davranışından,
    Onun kimi bir oğulu doğmamışdır bir ana,
    İlahiyyə t kitabının sirri əyandır ona.

    ƏSSAR TƏBRİZİ

  3. #253
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Nuri-tǝcǝlli şölǝsi düşdü ǝzǝldǝ alına,
    Gözlǝrimin bu rǝng ilǝ yaşı boyandı alına.
    Hǝm möcüzati Əhmǝdin gözlǝri sehridir anın,
    Rǝhmǝti-hǝq bu cadunun ümmǝtinǝ vü alına.
    Cǝhd edǝrǝm ki, alinǝ könlümü vermǝyǝm, vǝli,
    Hǝm bilirǝm ki, aqibǝt alinǝ könlüm alına.
    Kimsǝǝgǝrçi istǝmǝz düşmǝgi fitnǝyǝ, vǝli,
    Şükr edirǝm ki, düşmüşǝm alǝ gözünün-alına.
    Düşdü Nǝsiminin başı zülfü kimi ayağına,
    Düşǝli can gözü anın bǝdri-müǝmmǝm alına.

    İMADƏDDİN NƏSİMİ

  4. #254
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Riyayü kibrü kizbü büxl olur nayab igitlǝrdǝ,
    Tǝvazödür sǝfavü sidqilǝǝsbab igitlǝrdǝ.
    Özün kişi deyǝn kimsǝ sǝdaqǝt sǝnǝtin işlǝr,
    Nǝdǝn kim, olmayıbdır hiç kǝs kǝzzab, igitlǝrdǝ,
    Hücumi-lǝşkǝri-tǝklifi-yarani-Vǝfadarǝ,
    Misali-sǝddi-İskǝndǝr gǝrǝkdir bab igitlǝrdǝ.
    İgitlik iddiasın edǝnǝ layiq deyil yalan,
    Vǝfasızlıq nisalǝrdǝ, deyildir bab igitlǝrdǝ.
    Əliyyǝlmürtǝzadǝn istǝ, Vaqif, hǝr nǝ istǝrsǝn,
    Onu qılmış kǝrǝmli hǝzrǝti-vǝhhab igitlǝrdǝ.

    MALLA PƏNAH VAQİF

  5. #255
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Saqi, işimiz naləvü əfqan oldu,
    Zülfün kimi halımız pərişan oldu,
    Qoydun yerə camı, bizdən üz döndərdin,
    Bir busə dedik ver bizə sən, qan oldu.

    HƏKİM SEYYİD ƏBÜLQASİM NƏBATİ

  6. #256
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Saqi, gözüm, ol ruhi-rəvanı mənə ver,
    Gəl gərdişə, ol rahəti-canı mənə ver,
    Qəm dəfi üçün şəhabi-saqibdir mey,
    Qurbanınam, ol tiri-kamanı mənə ver.

    HƏKİM SEYYİD ƏBÜLQASİM NƏBATİ

  7. #257
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Saqi, gətir ol şərabi-müşkinbuyi,
    Tök sağərə, ta müəttər etsin kuyi,
    Məqsudü murad cami-meydən budu kim,
    Sərməst olaq məgər çəkək bir «hu»yi.


    HƏKİM SEYYİD ƏBÜLQASİM NƏBATİ

  8. #258
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Saqi, gətir ol şərabi-bitəşvişi,
    Ol nəşə ilə məgər sovqat bu qışi,
    Ver faş bu Ərdəbildir, xam olma,
    «Xoş şərhdir, öz vəkilidir hər kişi».

    HƏKİM SEYYİD ƏBÜLQASİM NƏBATİ

  9. #259
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Saqiya!Badə san ki, fürsətdir,
    Bizə fürsət bu gün qənimətdir.
    Lalə tək qoymağıl əlindən cam,
    Var ikən fürsət, eylə eyş müdam.
    Nərgisi gör ki, nəşəsi getməz,
    Başı gedərsə tərki-can etməz.
    Sən dəxi aciz olma, canın var,
    Canın olduqca badə tut zinhar.
    İstəsən kim, mey abi-kövsər ola,
    Ol sənə müttəsil müyəssər ola.
    Bəzmi-ali-əlidə məskən tut,
    Məstlər kimi, özgə bəzmin unut

    MOVLANA MƏHƏMMƏD FÜZULİ

  10. #260
    آخر فروم باز t.s.m.t's Avatar
    تاريخ عضويت
    May 2008
    محل سكونت
    AZƏRBAYCAN
    پست ها
    2,807

    پيش فرض

    Sübh oldu, gətir şərabi-nab, ey saqi,
    Etdi məni qəm yaxşı kəbab, ey saqi,
    Məstanə götür cami-Cəmi, ver badə,
    Saz olmuş əcəb çəngü rübab, ey saqi.

    HƏKİM SEYYİD ƏBÜLQASİM NƏBATİ

Thread Information

Users Browsing this Thread

هم اکنون 2 کاربر در حال مشاهده این تاپیک میباشد. (0 کاربر عضو شده و 2 مهمان)

User Tag List

قوانين ايجاد تاپيک در انجمن

  • شما نمی توانید تاپیک ایحاد کنید
  • شما نمی توانید پاسخی ارسال کنید
  • شما نمی توانید فایل پیوست کنید
  • شما نمی توانید پاسخ خود را ویرایش کنید
  •