1920-1919 Erməni məzalimi
Baqidir İslam'ın şərəfi, şanı
! Asi olma belə xənnas Erməni
Heç qalmaz yanına Türklərin qanı
Alır, qoymaz səndən qisas, Erməni
Rus yerinə geçdin, vurdun zərbələr
! Başımıza nələr gəldi, nələr
Ordumuz gəlincə etdin tövbələr
Şimdi azdın, yox mu Asvas, Erməni
Qəhbə İngiliz’ə sən bel bağladın
Qars elini oda yaxdın, dağladın
Qış günü kəndlərə topu bağladın
Qırdın çoluq çocuq, həp nas, Erməni
Boş buldun meydanı, arslanam dersin
Silahsız İslamı talar da, yersin
Mövlam tez günlərdə bəlanı versin
İçərsən ağını tas tas, Erməni
Türk'ün namı əziz, duası xəlil
Bunu bilməyənlər olur xor, zəlil
Sənə olmuş vəhşi Daşnaklar dəlil
Çürükdür təməlin, əsas Erməni
Qars, Zərşat, Şoragəl öksüzdür sanma
Azğın keşişlərin sözünə qanma
Ərzurum, Ərzincan adını anma
Eyləmə Bəylikə həvəs, Erməni
Sənə ibrət olsun xaraba Ani
Düşəndə görürsən Muş ilə Van’ı
Qapdırırsan Gümrü ilə Rəvan’ı
Giyərsən qara don, libas, Erməni
E’tiqadın pozma, bax yaradana
Fürsət belə qalmaz, dönər zamana
Düşərsən ayağa, dəstə, damənə
O zaman et sonunu qiyas, Erməni
Ərzurum, Pasin’də bəkləyir ordu
Əmir çıxar gəlir qurtarır yurdu
Səfil der atarıq vərərmi, dərdi
Yaxında oluruq xəlas, Erməni