Qatar-qatar olub qalxıb havaya
Nə çıxıbsız asimana, durnalar!
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar?
Təsbih kimi qatarınız düzərsiz,
Havalanıb ərş üzündə süzərsiz,
Gah olur ki, danə-xuriş gəzərsiz,
Gah düşərsiz pərişana, durnalar
ərz eyləyim, bu, sözümün sağıdır,
Yollarınız haramıdır, yağıdır,
şahin-şonqar sürbənizi dağıdır,
Boyanarsız qızıl qana, durnalar!
əzəl başdan Bəsrə, Bağdad eliniz,
Bəylər üçün ərməğandır teliniz.
Oxuduqca şirin-şirin diliniz
Bağrım olur şana-şana, durnalar.
Bir baş çəkin dərdməndin halına,
ərzə yazsın, qələm alsın əlinə.
Vidadi xəstədən Bağdad elinə
Siz yetirin bir nişana durnalar