---------------------
---------------------
Last edited by t.s.m.t; 20-10-2010 at 18:25.
algeshlaremi san azizima bilindriam
chokh chokh gozal
sag olsun
kichikam
---------------------
Last edited by t.s.m.t; 20-10-2010 at 18:25.
-----------------
Last edited by t.s.m.t; 20-10-2010 at 18:24.
دولانیب عالمی لقمان کیمی معنا گزیرم
چون کی معنالی کئچن گونلریمین حورمتی وار
قولاغ آس بولبولون آوازینه سودا دمیدر
او چمن گوللرینین بیر بیرینه حورمتی وار
سید عماد الدّین نسیمی
--------------------i
Last edited by t.s.m.t; 20-10-2010 at 18:23.
--------------------i
Last edited by t.s.m.t; 20-10-2010 at 18:23.
Qəm rahnümun oldu, mənimki belə düşdü!
Dil vərteyi-xun oldu, mənimki belə düşdü!
El döndü cünun oldu, mənimki belə düşdü!
Tale mənə dun oldu, mənimki belə düşdü!
"qbal zəbun oldu, mənimki belə düşdü!"
Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darıxma!
Dövran özünündür!
Qafilmişəm əhvalıma sövdayi-sərimdən
Sövdayi-sərim etdi məni taci-zərimdən,
Rişəm kəsilirmiş demə kəskin təbərimdən,
Məşrutəyi salmaqda ikən mən nəzərimdən
Ol nurulüyun oldu, mənimki belə düşdü!
"qbal zəbun oldu, mənimki belə düşdü!"
Sən, Məmdəli, qaçma!
Naəhlə əl açma!
Meydan özünündür!
Heç faidəbəxş olmadı tədbirlərim, heyf
Kəşf oldu bütün aləmə təqsirlərim, heyf!
Bərəks əsə r eylədi təbirlərim, heyf!
Aldatmadı bu milləti təzvirlərim, heyf!
Yıldızdakı.... Yıldızdakı təmirlərim, heyf!
Həp kun-fəyəkun oldu, mənimki belə düşdü!
"qbal zəbun oldu, mənimki belə düşdü! "
Sən, Məmdəli, bərk dur!
Torbaları doldur!
Xırman özünündür!
şeypur deyil, təbl deyil, sur çalındı,
əks eylədi suran səsi hər qəlbə salındı,
Bir şəbdə otuz illik ümuratım alındı,
Osmanlıların şahı vətəndən qovalandı,
Döndü oyun oldu, mənimki belə düşdü!
"qbal zəbun oldu, mənimki belə düşdü!"
Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darıxma!
Tehran özünündür!
Sən vur işini, durma geri məkrü hiyəldən!
Mən qopladığım şeyləri həp qapdılar əldən,
Bunlar keçər, amma hələ var qorxum əcəldən....
Sən qarnı yoğun bir şey idin ruzi-əzəldən,
Boynun da yoğun oldu; mənimki belə düşdü!
"qbal zəbun oldu, mənimki belə düşdü!"
Sən nehrəni çalxa!
Heç baxma bu xalxa!
Ayran özünündür!
Etdim qəsəm, amma özümü səhvdə sandım,
Kamil paşalar cidə edən fikrə inandım,
Baxdım sənə öz əhdimi, peymanımı dandım,
llərcə, zamanlarca, bu gün dandığım andım.
Tarixi-qürun oldu, mənimki belə düşdü!
"qbal zəbun oldu, mənimki belə düşdü!"
Sən, Məmdəli, qorxma!
Qəm çəkmə, darıxma!
Meydan özünündür!
Məzlumların tutdu məni ahı axırda,
İncitdi xəyanətlərim allahı axırda,
Oldum Salanik qələsinə rahı axırda,
Mənfalar ara türklərin şahı axırda,
Məcburi-sükun oldu, mənimki belə düşdü!
"qbal zəbun oldu, mənimki belə düşdü!"
Qaç, Məmdəli, durma!
Çox sinənə vurma!
Məndən götür ibrət,
Sülh eyləqudurma!
Vallah və billah,
İnsansan, inan, ah,
Fərman gedər əldən,
Saman gedər əldən,
Yalnız nə ki, Tehran,
İran gedər əldən!
MİRZA ƏLƏKBƏR SABİR
Last edited by t.s.m.t; 18-06-2008 at 21:16.
Həqqə yar ol kim sənə yar ol yetər
Çün həqqi yar eylədi var ol yetər
Nurə nur ol narinə nar ol yetər
Adəmə oldur səzavar,ol yetər
Nəsimi
Cohəri fərd adəmin kanindədir
Küntə kənzən adəmin şə-nindədir
Gərçə şeytan adəmin yanindədir
Sirri əsma adəmin canindədir
Nəsimi
هم اکنون 1 کاربر در حال مشاهده این تاپیک میباشد. (0 کاربر عضو شده و 1 مهمان)