Bilmirəm heç nə üçün yar məni tərk etdi
Ürəyim də qoşulub yarım ilə bir getdi
İşvə ilə məni hindu özünə qul elədi
Ruhumu dünyada min dərd ilə məşğul elədi
Bu bəlani mənə Allah özü göndərdi fəqət
Özü də hifz eləyər,etsə,bəladan,əlbət
Həmzə öz dövlətini verdi, təçəkkür aldı
Var gedəndir ,ona aləmdə fəqət ad qaldı
Bir bələ bəxşiş edir,fikri onun ehsandır
Başqa bir məqsədi yox,çünki təmiz insandır
Ölkədə qıtlıq olarsa,o açar bəxşiş əli
Var-yoxu getsə də,ac qoymaz,inan ki,bu eli
Onun əzmilə bəlalar hamısı yox olmuş
Bəxşişilə hamı o təhlükədən qurtarmış
Çöhrəsindən yayılır hər yana ismət nuru
Heç nə etməz ləkəli böylə təmiz büllüru
Sən baharsan,yağışın ədl-ədalət olmuş
Kimdə,bilməm,belə bəxşişlə kəramət olmuş
Musa Şəhəvat