Kafi nun mənidə külli-mənidür,
Yəni kafü nun sədəfdir, məni dür.
Məhşərin suru çalındı, yatma, dur,
Gör ki, nə sövdadasan, halın nədür?
İMADƏDDİN NƏSİMİ
Printable View
Kafi nun mənidə külli-mənidür,
Yəni kafü nun sədəfdir, məni dür.
Məhşərin suru çalındı, yatma, dur,
Gör ki, nə sövdadasan, halın nədür?
İMADƏDDİN NƏSİMİ
Gəl mənə bir söylə kim, iman nədir?
Bu namazü rövzəvü fərman nədir?
Bir kişi kim qəlblə-mövti, bilmədi,
Ol nə bilsin can ilə canan nədir?
İMADƏDDİN NƏSİMİ
Cənnətin vərdi üzün gülzarıdır,
Şəmi-vəhdətdir üzün, gül narıdır.
Ay ilə günəş üzün ənvarıdır,
Leylətül-əsra saçın əsrarıdır.
İMADƏDDİN NƏSİMİ
Hər nə yerdə, göydə var, adəmdə var,
Hər nə ayda, ildə var, adəmdə var.
Hər nəəldə, üzdə var, qəddəmdə var.
Həq sözün fəhm etməyən adəm dǝ var.
İMADƏDDİN NƏSİMİ
Həq təala adəm oğlu özüdür,
Otuz iki həq kəlami sözüdür.
Cümlə aləm bil ki, allah özüdür,
Adəm ol candır ki, günəş üzüdür.
İMADƏDDİN NƏSİMİ
Arizi yarın cinan bostanıdır,
Ol qədi tuba, saçı reyhanıdır.
Kuyi cənnət, əhli-dil rizvanıdır.
Bəs rəqib bu ortanın şeytanıdır.
İMADƏDDİN NƏSİMİ
Adəm oldur ki, cahanın canıdır,
Adəmə yol bulmayanlar fanidir.
Adəmin vəchində sirri-kainat,
Oxugil ki, qibleyi-rəhmanıdır.
İMADƏDDİN NƏSİMİ
Saf içən hər dəm səfa hasil qılır,
Dürd içən dərdə dəva hasil qılır.
Kim ki, yari-bivəfa hasil qılır,
Canına yüz min bəla hasil qılır.
İMADƏDDİN NƏSİMİ
Məzhəri-sidqü səfa sinəndədir,
Məxzəni-mehrü vəfa sinəndədir.
Xəstə könlümə şəfa sinəndədir,
Hər nə dərd olsa, dəva sinəndədir.
İMADƏDDİN NƏSİMİ
Ey sənəm, eynin xumarı fitnədir,
Kirpiyin qaşınla varı fitnədir.
Zülfi-ənbər mişkbarı fitnədir,
Cəd zülfində şümari fitnədir.
İMADƏDDİN NƏSİMİ