-
Bu gedǝn qafilǝdǝ mǝn önǝ düşsǝm, nǝ olar?
Şad xǝbǝrlǝ hamıdan öncǝ görüşsǝm, nǝ olar?
Gözü qorxmuş adama kölgǝ uca dağ görünǝr,
Bu sǝfǝr vaxtı özümlǝ mǝn ötüşsǝm, nǝ olar?
Kim çatar mǝğzǝ, qabıq onda dönüb zindan olar,
Kaş mǝnǝ mǝchul ola hǝr iki alǝm, nǝ olar?
Yansa pǝrvanǝ, dönǝr sürmǝyǝ şǝmin gözünǝ,
Sındıra balu-pǝrim sǝnsiz ǝgǝr qǝm, nǝ olar?
Özgǝnin eyblǝrin yüz göz ilǝ axtaranın
Qalsa öz eyblǝri hǝr kǝsǝ mübhǝm, nǝ olar?
O pǝrişan saçına bǝnzǝyirǝm illǝrdir,
Bir gecǝ cürǝt edib payinǝ düşsǝm, nǝ olar?
Ölmüş idim, yararaq daşı yenǝ çıxdım mǝn,
Qǝlbinin atǝşinǝ bir daha bişsǝm, nǝ olar?
Hǝsǝd ilǝ baxanı sanma dilǝnçi, Saib,
Mǝn dǝ bu baxmaq ilǝ kamǝ yetişsǝm, nǝ olar?
SAİB TƏBRİZİ
-
Dəymə yaram tez qanar
Anla namus,tez qan ar
Arifə bir işarə
Qaş-qözdən tez qanar
AŞİQ ŞƏMŞİR DƏDƏ
-
Dostlar, könlüm diyarın etdi viran iztirab,
Eylǝdi övraqi-tǝrkibim pǝrişan iztirab.
Hǝr kimi kim yandırar atǝş, yanar ondan betǝr,
Heylǝsin gǝr etmǝsin ol bǝrqi-cövlan iztirab.
Qǝtrǝ gǝr dǝrya üçün bitab olur mǝzurdur,
Bilmǝnǝm neçün qılır dǝryayi-ümman iztirab?
Mǝn demǝm kim durgilǝn axşamatǝk, ya sübhǝtǝk,
Belǝ amma etmǝ ey sǝrvi-xuraman iztirab.
Nǝqdi-can hǝr vǝqt ola axır sǝnǝ tǝslim olur,
Eylǝmǝ qǝtlimdǝ çox, ey namüsǝlman, iztirab.
Eşq tǝk getmǝkdǝ sübhi-vǝsl biaram olur,
Seyl tǝk gǝlmǝkdǝ eylǝr şami-hicran iztirab.
Hǝr biri bir rǝngilǝ Qövsi fǝğan kim, qıldılar,
Könlümü ab intizarü bağrımı qan iztirab.
QOVSİ TƏBRİZİ
-
Dur gəl, ey eşq, könül mülkünü bərbad qılaq,
Əqli yəğmayə verək, şəhri-nov abad qılaq,
Gəlginən söz bir edək, qeyri aradan götürək,
Canı canana verək, dəhrdə bir ad qılaq.
HƏKİM SEYYİD ƏBÜLQASİM NƏBATİ
-
Ey ağla, kamala yaraşıq verən!
Ey cism ilə cana lütf göstərən.
Sənin sifətində itdi sifətim.
Yolunda məhv oldu həm mərifətim.
MARAĞALI ƏVHƏDİ
-
Ey aşiqü mǝşuqǝ qoyan ǝndazǝ,
Sazǝndeyi-sünün ǝmǝl etmiş tazǝ.
Üşşaqidǝ Vǝrqayi düzübdür sazǝ,
Gülşayi qılıbdurur bülǝnd avazǝ.
MƏSİHİ
-
Ey hǝmdǝmim, gǝl ki, gedǝr can durmaz,
Sǝnsiz tutmaz söylǝmǝyǝ dillǝr hey.
Kǝsilibdir, yoxdur sǝbrü qǝrarım,
Bir saǝtim olub uzun illǝr hey.
Heç bilmǝdim dövran necǝ dolandı,
Yandı cismim atǝşlǝrǝ qalandı.
Könül şǝhri gündǝn-günǝ talandı,
İndi oldu bir xǝrabǝ çöllǝr hey.
Hǝsrǝtindǝn ǝlif qǝddim büküldü,
Sismim bǝndi yerbǝyerdǝn söküldü,
Gözüm yaşı yol-yol oldu töküldü,
Üzüm üstdǝn axdı qanlı sellǝr hey.
Nǝ şirindir, mǝhǝbbǝt tǝk zad olmaz,
Ölǝnǝtǝn könül ondan yad olmaz,
Müddǝtdir ki, mǝlul könlüm şad olmaz
Mǝgǝr ǝsmǝz dost kuyindǝn yellǝr hey?
Vidadi xǝstǝyǝm günlǝr sanaram,
Dǝrd ǝhliyǝm qǝm hǝrfini qanaram,
Qǝriblikdǝ yada düşǝr yanaram:
Aşna, yoldaş, yar, müsahib, ellǝr hey.
XƏSTƏ VİDADİ
-
Ey mürğ, bu danə tərkini qıldın, qıl,
Məstanə bu lanə tərkini qıldın, qıl,
Ənqa kimi tut Qafi-qənaətdə məqam,
Bu xəlqi-zəmanə tərkini qıldın, qıl.
HƏKİM SEYYİD ƏBÜLQASİM NƏBATİ
-
Fǝlǝk, sǝndǝ nǝ adǝtdi,
Ayırmaq yarı yarından?
Göz ilǝ görmǝmiş hǝmin,
Könül yox ola varından!
Rǝqib, evin bǝrbad olsun!
Saralıb güllǝrin solsun!
Ayrılan necǝ şad olsun,
Belǝ sǝrxoş nigarından!
Eylǝrǝm yüz min xǝyalı,
Pǝrişandı könül halı;
Gecǝ-gündüz yar camalı
Getmir gözüm kǝnarından!
Mǝn Tahirǝm, baxt itirdim,
Dǝrdimi hǝddǝn ötürdüm,
Cǝfa çǝkdim, bağ bitirdim,
Dǝrmǝdim bircǝ barından!
USTADNAMƏ(AŞİQ HÜSEYN
-
Hər dildə ki, yox nişaneyi-eşq,
Arayişi-qəm, fəsaneyi-eşq,
Əlbəttə deyil kəmalə qabil,
Ovqati keçər, vəli nə hasil?
Bibəhrə qalar bu müddəadən,
Təhsili-ləzayizi-səfadən.
Ey dil, duta gör xəyal zövqin,
Ta dərk edəsən vüsal zövqin.
Eşqilə cahanda biniyaz ol,
Amma rəvişinlə pakbaz ol!
Ol vəchilə ki, qılıbdır Əsgər,
Meyli-həvəsi-liqan-dilbər.
Dəhr etsə əgər cəfa iradə,
Sindan kimi səxtdir vəfadə.
Vər başına çalsa dəsti-matəm,
Çakuc kimi çərx, çəkməz ol qəm.
Ah ilə olur dəhən yolu bənd,
Ləbrizi-şərarə kurə manənd.
ƏSGƏRİYYƏ