Usandım mülkü malından cahanın,
Mana zövqü gərəkməz bu cahanın,
Necə nuş eyləyim dövran əlindən,
Həlahil zəhri axir bu zamanın.
İMADƏDDİN NƏSİMİ
Printable View
Usandım mülkü malından cahanın,
Mana zövqü gərəkməz bu cahanın,
Necə nuş eyləyim dövran əlindən,
Həlahil zəhri axir bu zamanın.
İMADƏDDİN NƏSİMİ
Vəzzühanın aftabidir üzün,
Cameül-hüsnün kitabidir üzün,
Məhşərin yovmül-hesabidir üzün,
Cənnətin şəmü şərabidir üzün.
İMADƏDDİN NƏSİMİ
Vəzzühanın afitabidir üzün,
Dilbərin vəchi-kitabidir üzün,
Xəymeyi-miadi-canın eylə bil,
İşbu mənidən tənabidir üzün.
İMADƏDDİN NƏSİMİ
İsmi-əzəm bilməyən insan degil,
Əhsəni-təqvim ilə ehsan degil,
Sanma kim arif olubdur həqq iə,
Həqqi bilməz, bəs nədən heyvan degil?
İMADƏDDİN NƏSİMİ
Ol bilir həqqi ki, yalançı degil,
Hər ki, yalan söylər, ol naci degil,
Həccə doğru varmayan hacı degil,
Doğru söz doğrulara acı degil.
İMADƏDDİN NƏSİMİ
Ey camalın bibədəl, hüsnün cəmil,
Cümlənin məqsudu sənsən eylə bil,
Ey boyun Tuba, dodağın səlsəbil,
Hüsnünə canlar fəda, aləm səbil.
İMADƏDDİN NƏSİMİ
Ey üzündən hyrü qılman münfəil,
Ey qaşından mahi-taban münfəil,
Ey ləbindən abi-heyvan münfəil,
Ey xətindən vərdü reyhan münfəil.
İMADƏDDİN NƏSİMİ
Ey behiştdən tazə gəlmiş tazə gül,
Hövzi-kövsər rövşən ilə tazə gül.
Hüsnünə, ey şahi-aləm, cümlə qul,
Kimdürür deyən səni kim, həq degül?
İMADƏDDİN NƏSİMİ
Pərdəsiz məbudini gör, abid ol,
Olma şeytan, gəl türabə sacid ol!
Cənnəti baqı, nəimi-xalid ol,
Keç ikilikdən, əlif tək vahid ol!
İMADƏDDİN NƏSİMİ
Mən otuz iki hürufəm ləmyəzəl,
Yoxdur ortağım, nə mislim, nə bǝdǝl,
Çün əbəddir axırım əvvəl, əzəl,
Əvvəlü axır mənəm izzəvə cəl.
İMADƏDDİN NƏSİMİ
Çünki sənsən hər nə kim var, ey könül,
Kimdən umarsan əta, var, ey könül,
Çün yetərsən sən sənə yar, ey könül,
Yarını bil, olma əğyar, ey könül.
İMADƏDDİN NƏSİMİ
Höccətüllah oldu nitqin, natiq ol!
Həqixlas eylə, həqqə sadiq ol!
Gər liqa həqdən umarsan, aşiq ol,
Xaliqin ləfzin gör, andan xaliq qəol!
İMADƏDDİN NƏSİMİ
Həqq sevər xubivü həqdən həqqi bil,
Sureyi-vətturi tanı, rəqqi bil!
Gör bu bədrin istivasın, şəqqi bil,
Narə salma sən ani, uçmağı bil.
İMADƏDDİN NƏSİMİ
Raziqi-ərzaqimiz mərəş degil,
Rizqi mərəşdən umarsan, xoş degil,
Kim ki, arıtmaz için biğəş degil,
İki üçü, kim dedi kim, şeş degil?
İMADƏDDİN NƏSİMİ
Eşqimin baqivü hüsnün layəzal,
Eşqə sığmaz çunü çəndü qeylü qal,
Ləmyəlid hüsnün, vələmyuləd camal,
Hüsnünə sübhanəhü cəllə-cəlal.
İMADƏDDİN NƏSİMİ
Qamətindən sərvü ərər münfəil,
Gül üzündən vərdi-əhmər münfəil.
Kakilindən mişkü ənbər mənfəil,
Ləblərindən şəhdü şəkkər münfəil.
İMADƏDDİN NƏSİMİ
Keç ikilikdən, əlif tək, vahid ol,
Həqqi gör adəmdə, həqqə saçid ol!
Gəl vəfanın bəhrinə dal, xalid ol,
Kəbəyi tanıvü latə abid ol!
İMADƏDDİN NƏSİMİ
Gəl ki, sənsiz biqərar oldu könül,
Düşdü qəmdən sayru, zar oldu könül,
Dərdimə həmdəm nə yar oldu könül,
Gör nə zaye ruzigar oldu, könül!
İMADƏDDİN NƏSİMİ
Gözlərin sevdasinə düşdü könül,
Fitnənin qovğasinə düşdü könül,
Altı dördün tasinə düşdü könül,
Vəhdətin dəryasinə düşdü könül.
İMADƏDDİN NƏSİMİ
Bir əcaib dilbərə düşdü könül,
Bir əli yetməz yerə düşdü könül,
Bir məhi-nikəxtərə düşdü könül,
Bir büti-siminbərə düşdü könül.
İMADƏDDİN NƏSİMİ
Həqqə doğru baxü həqqi doğru bil,
Doğruqövl ol, doğrufel ol, doğrudil.
Çün buyurdu əscidü rəbbül-cəlil,
Əscidü etməzmi insana dəlil?
İMADƏDDİN NƏSİMİ
Ol cəmalın afitabi-layəzal,
Ey dodağın çeşmeyi-abi-zülal,
Barəkəllah, ey həbibi-xoşxisal,
Yoluna canım fəda, qanım həlal.
İMADƏDDİN NƏSİMİ
Bil ki, kəl ənam ola bəlhüm əzəl,
Hüsnünə hər kim ki, mən layəstədəl,
Çün üzündə cümləəşya mötədəl,
Əvvəlü axirdə sənsən ləmyəzəl.
İMADƏDDİN NƏSİMİ
Kim ki, bildi adəmi insandır ol,
Bilməyən anı yəqin şeytandır ol,
Səcdədən çəkdi başın-divi-rəcim,
Eylə sandı qeyri-ərrəhmandır ol.
İMADƏDDİN NƏSİMİ
Üzünü həqdən çevirmə, həqqi bil,
Sureyi-vətturi tanı, rəqqi bil,
Müstafanın barmağında şəqqi bil,
Səlsəbil oldu dodağın zövqi bil.
İMADƏDDİN NƏSİMİ
Bivəfa dünyadan usandı könül,
Yox dedi, dünyayi yox sandı könül,
Düşdü eşqin oduna yandı könül,
Vəhdətin qəndabinə qandı könül.
İMADƏDDİN NƏSİMİ
Adımı həqdən Nəsimi yazərəm
Bil bu mənidən nə siməm, ya zərəm,
Həm büti-uşadıcı, həm Azərəm,
Həm hidayət eylərəm, həm azərəm.
İMADƏDDİN NƏSİMİ
Oldum İsrafilü həm sur olmuşam,
Gör ənəlhəqdən Mənsur olmuşam.
Səlsəbiləm, cənnətü hur olmuşam,
Gəncə viran, eşqə məmur olmuşam.
İMADƏDDİN NƏSİMİ
Ey cahan eşq əhlinə sənsiz həram,
Hər dəm olsun üzünə yüz min səlam!
Surətin müshəfdir, ey tubixuram,
Kirpigin, qaşınla zülfündür kəlam.
İMADƏDDİN NƏSİMİ
Ey camalın məzhəri-zati-qədim,
Surətin allahü rəhmanür-rəhim,
Hüsninə cümlə məlaik, insü cin
Səcdə qıldı, qeyr şeytanir-rəcim.
İMADƏDDİN NƏSİMİ
Pərdə üzündən götürdü həq təmam,
Gəl həqin didarını gör, vəssəlam.
Çıxdı ərşüllah, xətm oldu kəlam,
Gəncini faş eylədi beytülhəram.
İMADƏDDİN NƏSİMİ
Mən əzəldən məstü sərxoş gəlmişəm,
Xızra su, Musayə atəş gəlmişəm,
Lövhi-məhfuzəm, münəqqəş gəlmişəm,
Çarü pəncü həft ilə şeş gəlmişəm.
İMADƏDDİN NƏSİMİ
Mən vücudi-mütləqəm, mütləq derəm,
Həq tanıqdır, həq bilir kim, həq derəm,
Küntə-kənzin sirrini müğləq dərəm,
Eylədi barmağilə ay şəq derəm.
İMADƏDDİN NƏSİMİ
Mən əzəldən eşq ilə pir olmuşam,
Gah iki anınla, gəh bir olmuşam,
Əhsəni-surətdə təxmir olmuşam,
Qadirəm hər əmrə, təqdir olmuşam.
İMADƏDDİN NƏSİMİ
Bulmuşam həqqi, ənəlhəq söylərəm,
Həq mənəm, həq məndədir, həq söylərəm.
Gör bu əsrarı nə müğləq söylərəm,
Sadiqəm qövlümdə, səddəq söylərəm.
İMADƏDDİN NƏSİMİ
Çün əzəldən ta əbəd baqi mənəm,
Kün-fəkanın xəlqü xəllaqi mənəm,
Vəhdətin bəzmində çün saqi mənəm.
Ənfüsun ayatü afaqi mənəm.
İMADƏDDİN NƏSİMİ
Rövzeyi-rizvan üzündür, vəssəlam,
Surəti-rəhman üzündür, vəssəlam,
Ərşi-həq, ey can, üzündür, vəssəlam,
Lövh ilə Quran üzündür, vəssəlam!
İMADƏDDİN NƏSİMİ
Səcdəəmrin tutmayan şeytani-şum,
Həq yaratmış ani min narəssəmum,
Gəlmədi şeytanə çün həqdən ülum
Ol cəhulin adıdır həqdən zilum.
İMADƏDDİN NƏSİMİ
Surətin nəqşində heyran olmuşam.
Vəslinə ulaşalı can olmuşam.
Əqlə sığmaz gənci-pünhan olmuşam,
Laməkan təxtində sultan olmuşam.
İMADƏDDİN NƏSİMİ
Fəzli-həqdən mən hidayət bulmuşam,
Surətin nəqşini ayət bulmuşam,
Mərtəbə aləmdə qayət bulmuşam,
Ol səbəbdən mən vilayət bulmuşam.
İMADƏDDİN NƏSİMİ