Məhşərin xurşidü mahidir üzün.
Hər nə kim, vardır kəmahidir üzün,
Surəti-həqqin güvahidir üzün,
Sivü dü nitqi-ilahidir üzün
İMADƏDDİN NƏSİMİ
Printable View
Məhşərin xurşidü mahidir üzün.
Hər nə kim, vardır kəmahidir üzün,
Surəti-həqqin güvahidir üzün,
Sivü dü nitqi-ilahidir üzün
İMADƏDDİN NƏSİMİ
Məzhǝri-əsmai-küll oldu üzün,
Həqqə varmaq doğru yol oldu üzün.
Hadiyi-cümlə rəsul oldu üzün,
Sağərü saqiyü mil oldu üzün.
İMADƏDDİN NƏSİMİ
Dörd gərək, dörd dörd gərək, bir dörd gərək,
Yeddisi xətt istiva, üç dörd gərək,
Seyyidi çoxlar söyər dəhri deyib,
Kəndüzün bilənlərə beş dörd gǝrǝk.
İMADƏDDİN NƏSİMİ
Ayəti-səbülməsanidir üzün,
Otuz ikinin nişanidir üzün,
Bağü cənnət ərğəvanidir üzün,
Mehrü mahın ərməğanidir üzün.
İMADƏDDİN NƏSİMİ
Ayəti-səbülməsanidir üzün,
Dörd kitabi-asimanidir üzün,
Müshəfi-həqqin bəyanidir üzün,
Rövzeyi-xüldün nişanidir üzün.
İMADƏDDİN NƏSİMİ
Gövhəri-bəhri-hədayiqdir üzün,
Badeyi-nüqli-sədayiqdir üzün,
Gör necə incə dəqayiqdir üzün,
Qibleyi-külli-xəlayiqdir üzün.
İMADƏDDİN NƏSİMİ
Yeddi yerdə otuz ikidir üzün,
İgirmi səkkiz göstərər iki gözün.
Qamətin səksən səkkiz edər bəyan,
Yetmiş iki bildirər nitqü sözün.
İMADƏDDİN NƏSİMİ
Söylə, ey ziba ki, zibadır sözün,
Ərşü ərrəhmanü tahadır sözün,
Gəl ki, əsmavü müsəmmadır sözün,
Nəfxeyi-nitqi-Məsihadır sözün.
İMADƏDDİN NƏSİMİ
نئجه بیر شول جادو گؤزون قصدی جان و دیل قیلانئجه بیر شول اینجه بئلون بو تنومی قیل قیلا***گؤزلروم گمیسی لنگر سالدی قان دنیزینهغرقی خون اولسون اگر عزمینی با ساحیل قیلا***شول گونش یوزونه قارشو بن هیلالی اولموشاماول بو اکسوکلویی کیم،حوسنوسوز کامیل قیلا***نئجه قیلا بیر کؤنول کی،هر قیلییچون زولفینونکیرپیگینون هر قیلیندان بیر دمی سائیل قیلا***اعتیدالی قامتوندن عدل اومار دلؤ کؤنولکی،مگر سروینی بیزدن یانایا ماییل قیلا***قاضی برهان الدّین
گؤزوم قانلا دولو،حالیم پریشانبدن عوریان،خزینه یله اولدو جان***یاریله آشینا اولسان گؤررسنفیریدون گنجیدیر او نازلی جیران***بو عالمده قوپار مین فیتنه، غوغااگر سالسا أوزه زولفو او جانان***اولور جاری گؤزومدن قانلی یاشلارگؤنول آشوفته دیر بیل،عقل حیران***مورادی عاشیقین یارین جمالیکی،آرتیر گون به گون حوسنو فیراوان***نیگارین وصلیدیر قاسیم دوعاسینولایدی،کاش بیتیدی تئز بو هیجران***سید علی ابن هارون ابن ابوالقاسم حسینی تبریزی قاسمیقاسم انوار
بو جانلا بو جاهان،بو عالم بیزیکدونیانین رونقی او آدم بیزیکدیریلن زاماندا نفسیمیزلهبیلرسن دیریلدن نفس دم بیزیکقاسم انوار
گلگیل کی،سئومیشم سنی جانانه لرده منجان اوینارام یولوندا بو دیوانه لرده من
ویرانه کؤنلومو غمی عشق ائتدی چون مکان
بس گنج بولموشام دیلی ویرانه لرده من
هر تشنه نین کی،جانی موصففا لبین دئییل
ایچمن حیات آبین اول پیمانه لرده من
چون خانه گاه و مدرسه وو زاهید ست و شیخ
حقدن موراد ایسته رم اول خانه لرده من
***
بیگانه کیم دورور کیم آنا آشینا دئیم
یا اولام آشینا دیلی بیگانه لرده من
***
یاخدی حقیقی جانینی شمعی روخوندا چون
یاندیم بو آه و سوز ایله پروانه لرده من
***
میرزا جهانشاه حقیقی خویی
حقیقی
ای بیلن حققین صوفاتین سیرری اسماسی نئدیر؟یا بو اسمادن موراد اولان موسمماسی نئدیر؟***چون عیبادت حققه دیر،معبود بیر حقدیر هامانموسلومانین مسجیدی،کبرین کلیساسی نئدیر؟***ظاهیرو باطینده چون موجود حقدن ئوزگه یوخیا بو موجوداتین آرا یئرده غوغیسی نئدیر؟***یازیلارکی صورتی اشخاص هردم موختلیفموتتفیق اولدوغو انواعین هو ویلاسی نئدیر؟***خلیلی
نیچون ای مه ،جننتی کویینده بار اولماز بنانیچون اووَلکی کیمی هیچ اعتیبار اولماز بنا
***
دردی هیجرینده بنا یار اولمادی صبرو قرار
سن بنا یار اولمایینجا کیمسه یار اولماز بنا
***
بن قاچان گؤرسم سنی کندومی اصلا بیلمئزم
بختیار اولدوغومیچون ایختیار اولماز بنا
***
عشقیوین یولوندا منصورم ولی ناپایدار
ای دریغا کیم،بو دولت پاییدار اولماز بنا
***
گر نیگار ائتسن الی قانیمدان آندان دؤنمئزم
دئمسونلر کیم مگر مهری نیگار اولماز بنا
***
حامیدی گرچی قبول اولسا دهانین وصفینی
بوندان ئوزگه بو جاهاندا هیچ کار اولماز بنا
***
حامدی
ای تؤرک،گئتدی جان و دیل و عقل و دین ساناهئچ دینمدین منیمله نئدیر مونجا،دینسانا***کؤنلومده کینی قیلیج و اخمون چون اولور مودامبودور دئدیم شها،خام و کرنلومده کین سانا***زولفینی چین دئدیم،منا دئرسن خطا دیلهدوغروسو دئمک اولماز ایمیش هچ کین سانا***دئدیم کیم،گؤرمدین گئدیرم تیر و خنجریندور،دئدی یئتیررم ایکیسیندن بیرین سانا***درمان یوخ ایسه،دردیله مشهوری شهرسنیئتر هیدایتی،ایکی جاهاندا همین سانا***هدایتی
بانا جان و جهان سنسیز گئرکمزبهشتی جاویدان سنسیز گئرکمز***ایکی عالمده سنسن ایستئدیگیمآنینچون این و آن سنسیز گئرکمز***نئیه باخسام یؤزین گؤرمئک دیلرمنیهان و هم عیان سنسیز گئرکمز***نئدیر وجهوندن ئوزگه ظاهیر،ای مهکانی دئییم روان سنسیز گئرکمز***تنومده جانی شیرین تلخ اولان دمدئرم ذوقی روان سنسیز گئرکمز***ائشیتدیم گولشنی دئر روشنییهبنا دیلدن بیان سنسیز گئرکمز***شیخ ابراهیم گلشنی
گل قیل منی گومراهی عینایت یاربگؤرست منه بیر راهی هیدایت یارب
***
ورگیل نفسی گرم ایله آهی سحری
کؤنلومجه کیم اول قیلسا سیرایت یارب
کیشوری
وای کیم، اولماز منا اول لعلی روح افزا نصیبلبلرین شربتیندن بی نصیبم،یا نصیب***سانجیلیر کیرپیکلری کؤنلومه سورسام لعلینیبولمادی وه کیم،منابیر خارسیز خورما نصیب***گولشنی رویونغا،ای حوری،رقیب نیچون گیریرکافیره چون بولماز ایرور جننت المعوی مصیب***آرتیغ اکسوک بولدولار سندن نصیب اهلی وفابولموشام روسوالیغی سندن منه روسوا نصیب***گوشه سی بی فاییده نیچون دورور،ای کیشوریبیش و کم چون هیچ کیمه بولماز نصیب،ایللا نصیبکیشوری
Tutiyi-canə şəkərdir sözlərin,
Söylə, ey bülbül ki, tərdir sözlərin.
Gəl, nisar eylə ki, dürdür sözlərin,
Ləlü yaqutü göhərdir sözlərin.
İMADƏDDİN NƏSİMİ
Ey büti-şirin ki, şəkkərdir ləbin.
Şəhdilə qəndü mükərrədir ləbin,
Abi-Xızrü, cuyi-kövsərdir ləbin,
Ləl ilə yaqutü əhmərdir ləbin.
İMADƏDDİN NƏSİMİ
Bənzəmiş mahi-hilalə qaşların,
Başladı məkr ilə alə qaşların,
Aşiqə oldu həvalə qaşların,
Qəsd edər ki, canı ala qaşların.
İMADƏDDİN NƏSİMİ
Sehr ilə qurub kamanı qaşların,
Canımı qıldı nişanı qaşların,
Tökdü nahəq yerə qanı qaşların,
Yoxmudur, insafı, qanı qaşların?
İMADƏDDİN NƏSİMİ
Seyd edər səyyadi-candır gözlərin,
Fitneyi-axirzamandır gözlərin,
Bildilər kim, biamandır gözlərin,
Dilə gəlməz dilsitandır gözlərin.
İMADƏDDİN NƏSİMİ
Mənə ol dəm naz ilə baxdı gözün,
Hicr oduna canımı yaxdı gözün,
Adımı məlamətə taxdı gözün,
Razimi aləmlərə çaxdı gözün.
İMADƏDDİN NƏSİMİ
Tiz edər canıma xəncər kirpiyin,
Qıldı dil mülkun müsəxxər kirpiyin,
Hökm ilə xunrizü kafər kirpiyin,
Aləmi dutdu sərasər kirpiyin.
İMADƏDDİN NƏSİMİ
Bir xədəng atdıqda yarə, kirpiyin,
Min cigər dilər ki, yara kirpiyin.
Bağrıma çox vurdu yara kirpiyin,
Yaxındır kim, yara, yara, kirpiyin.
İMADƏDDİN NƏSİMİ
Aşiqin canına batar kirpiyin,
Sehr oxunu daim atar kirpiyin,
Ləşkəri-yəğmaçı tatar kirpiyin.
Aləmi bir heçə satar kirpiyin.
İMADƏDDİN NƏSİMİ
Can kimi sirri nihandır ağzının,
Varlığı dəxi gümandır ağzının,
Abi-kövsər Xızrı candır ağzının.
Nitqi dür kimi əyandır ağzının.
İMADƏDDİN NƏSİMİ
Canıdır çün abi-heyvan ağzının,
Zindəsidir cism ilə can ağzının.
Nitqidir dərdimə dərman ağzının,
Yeri var canımda pünhan ağzının.
İMADƏDDİN NƏSİMİ
Nafeyi-çinü Xətadır bənlərin,
Daneyi-dami-bəladır bənlərin,
Məcməri-şəmi-səfadır bənlərin,
Mülki-Ruma padişadır bənlərin.
İMADƏDDİN NƏSİMİ
Mişki-tərdən danələr can bənlərin,
Rövşən etdi ənbərəfşan bənlərin,
Qıldı Hindüstanı nalan bənlərin,
Oldu Rum elinə sultan bənlərin.
İMADƏDDİN NƏSİMİ
Oldu çün abi-müəlləq qəbqəbin,
Kuyi-simindürür əlhəq qəbqəbin,
Sibi-cənnətdir mühəqqəq qəbqəbin.
Badeyi-paki-mürəvvəq qəbqəbin.
İMADƏDDİN NƏSİMİ
Sərvəra, sərvi-rəvandır qamətin,
Aşiqə ruhi-rəvandır qamətin,
Ərəri-baği-cinandır qamətin,
Şaxi-tubadan nişandır qamətin.
İMADƏDDİN NƏSİMİ
Tən edər qənd ilə bala ləblərin,
Rəng verir yaqutü lələ ləblərin,
İrməsin hərgiz zəvalə ləblərin,
Mərhəm oldu xəttü xalə ləblərin.
İMADƏDDİN NƏSİMİ
Gövhəri-dürri-məani dişlərin,
Seyr edər ol laməkani dişlərin,
Gördü çün kim, binişani dişlərin,
Otuz iki gizli kani dişlərin.
İMADƏDDİN NƏSİMİ
Riştəyə gövhərdir, ey can, dişlərin,
Dürri-yetimdir firavan dişlərin,
Ləl ilə mərcandır, ey can, dişlərin.
Qılsa mən dərvişə ehsan dişlərin.
İMADƏDDİN NƏSİMİ
Mürdəyə canlar nisar eylər dilin,
Kafü nundan yoxu var eylər dilin,
Bülbüli aşiqi-zar eylər dilin
Kim, ənəlhəqdə qərar eylər dilin.
İMADƏDDİN NƏSİMİ
Pərdə götrüldü üzündən dilbərin,
Üzü göründü üzündən dilbərin,
Gənc zahir oldu, ey gənc istəyən,
Adəmü Həvva üzündən dilbərin.
İMADƏDDİN NƏSİMİ
Taliba, əvvəl qədəm üç dörd gərək,
Dördü dörddür, dördünə üç dörd gərək,
Əqrəəl Quran əla hərfi ki var,
Yar üzündə dəxi səksən dörd gərək.
İMADƏDDİN NƏSİMİ
Dideyi-ürfanı aç bidar isən,
Eşq camın nuş qıl huşyar isən,
Olma qafil talibi-didar isən,
Sərdən əl yu sərvəri-sərdar isən.
İMADƏDDİN NƏSİMİ