Qaşların kim, qayət əla tağ imiş,
Ruh anın meracına müştaq imiş,
Surətin kim, məzhəri-xəllaq imiş,
Kəbeyi-can qibleyi-üşşaq imiş.
İMADƏDDİN NƏSİMİ
Printable View
Qaşların kim, qayət əla tağ imiş,
Ruh anın meracına müştaq imiş,
Surətin kim, məzhəri-xəllaq imiş,
Kəbeyi-can qibleyi-üşşaq imiş.
İMADƏDDİN NƏSİMİ
Aşiqin adı nədən abdal imiş,
Anda kim, hərfi həmişə dal imiş,
Hərfi dal olmuş, vücudun tanımış,
Kim ki, bildi nəfsini abdal imiş.
İMADƏDDİN NƏSİMİ
Surətin tahavü həm yasin imiş,
İki qaşın sureyi-ta sin imiş.
Tur imiş üzün, dişin vəs-sin imiş,
Həq dedi arif səni ol çin imiş.
İMADƏDDİN NƏSİMİ
Arizin, zülfün sabahü şam imiş,
Xoş ləyalü qutlu bir əyyam imiş.
Bilhüvəl Qurani üzün nam imiş,
Həqqi tanı favü zadü lam imiş.
İMADƏDDİN NƏSİMİ
Həq təalanın kitabı Tur imiş,
Cümləəşyada gözün mənzur imiş,
Həqqi bilən aləmə məşhur imiş,
Həqq ilə beyti anın məmur imiş.
İMADƏDDİN NƏSİMİ
Adəmin vəchi kəlamüllah imiş,
Surətin lövhi sifatüllah imiş,
Ləblərin cami məsihüllah imiş,
Xilqətin təvili Fəzlüllah imiş.
İMADƏDDİN NƏSİMİ
Çünki, Səlman oğlu usta var imiş,
Hasili güldən cahanda xar imiş,
Həqqə yarəm der, vəli əğyar imiş,
O yalançıdan xuda bizar imiş.
İMADƏDDİN NƏSİMİ
Çün üzündən cümləəşya oldu faş,
Bəşrəna tüccar qəd cahəl məaş.
Axirət bazarıdır yoxdur savaş,
Həq kərimdir alana verir bəlaş.
İMADƏDDİN NƏSİMİ
Əhli-irfanın məqami Qaf imiş,
Arifi-rəbb, arifi-eraf imiş,
Bilməyən ol qafi sözü laf imiş,
Özünü bilən kişi sərraf imiş.
İMADƏDDİN NƏSİMİ
Ey üzün ol lövh kim, məhfuz imiş
Hər zaman bu növ ilə məlfuz imiş,
Ənbiya bir nöqtədən məhşuz imiş,
Bu xəbər iblisdən məhfuz imiş.
İMADƏDDİN NƏSİMİ
Cümlə həqdir hər nə kim, mövcud imiş,
Həqqə sacid, həqqü həq məscud imiş,
Çün iki aləmdə bir məbud imiş,
Səcdədən başın çəkən mərdud imiş.
İMADƏDDİN NƏSİMİ
Çünki həm əvvəl, həm axır yar imiş,
Küfrü din mənidə bir bazar imiş,
Eşqə sufinin işi inkar imiş,
Xirqəsi büt, səbhəsi zünnar imiş.
İMADƏDDİN NƏSİMİ
Dilbərin ləlindəəşya əsrimiş,
Sünbülün leylindəəsra əsrimiş.
Nərgisin dövrünə sevdəəsrimiş,
Gözlərin ayıqmıdır, ya əsrimiş?
İMADƏDDİN NƏSİMİ
Sən üzü mahi-tamami buldum uş,
Cənnəti-darüssəlami buldum uş,
Çəkmədən yolda bəriyyə zəhmətin,
Kəbeyi-beytülhərami buldum uş,
İMADƏDDİN NƏSİMİ
Aləmi üzün gülüstan eyləmiş,
Bülbülü sərməstü heyran eyləmiş,
Ənbəri zülfün pərişan eyləmiş,
Mahını əbrində pünhan eyləmiş.
İMADƏDDİN NƏSİMİ
Eşq ilə məşuqü aşiq bir imiş,
Həm əmən, həm əmzirən, həm şir imiş,
Surətin müshəf, sözü təfsir imiş,
Büləcəb qüdrət, əcəb təqdir imiş.
İMADƏDDİN NƏSİMİ
Kün-fəkanın çünki əsli zat imiş,
Cümləəşya vəhdətə ayat imiş,
Kim ki, heyvan oldu, adı at imiş,
Oynadı atı, vəli, şəhmat imiş.
İMADƏDDİN NƏSİMİ
Gər həqi görmək dilərsən biqələt,
Üştə gör, fi-surəti-şabi qətət.
Həqdən oldu ümməti-Əhməd vəsət,
Vəchinin lovhindədir sivü du xət.
İMADƏDDİN NƏSİMİ
Çün əzəldən qüdrət əli biqələt,
Üzünə nəqş eylədi sivü du xətt.
İsmi-əzəm cameyi-zati-süfət,
Bəllidir fi-surəti-şabi-qətət.
İMADƏDDİN NƏSİMİ
Eşq imiş simurğü aşiq kuhi-Qaf,
Eşqə sığmaz lafü eşq olmaz gəzaf.
Hər kim istər Kəbəyi qılmaq təvaf,
Həm içi safi gərək, həm daşı saf.
İMADƏDDİN NƏSİMİ
Həq təalanın kəlamı bixilaf,
Üştə vəchində göründü şinü qaf.
Qafü mimü reydən anı qıl şekaf,
Anı çü buldun sana olur kefaf.
İMADƏDDİN NƏSİMİ
Arif olan cahilə eylər məaf,
Əhli-razin səminə qılmaz kəzaf.
Hər kim olmaz buteyi-eşqində saf,
Qəlbi ğəşdir, qəlbi ğəşdir bixilaf.
İMADƏDDİN NƏSİMİ
Cənnətin xəmri ləbin eynində saf,
Vəchinəəhli-sücud eylər təvaf,
Zərqü təzvir oldu mənidǝ xilaf,
Möminə həqdən irişdi latəxaf.
İMADƏDDİN NƏSİMİ
Ey həqə müştaq olan, uş səndə həq,
Əbcədi unutma, yanılma səbəq,
Ey kitabından üzün gül bir vərəq
Pərdə rəf olduvü açıldı təbəq.
İMADƏDDİN NƏSİMİ
Fəzli-həqdən çün hidayət buldu həq,
Surətin təfsirini verdi səbəq,
Latəhərrük ayətindən bir vərəq,
Oxuyanlar istivasın qıldı şəqq.
İMADƏDDİN NƏSİMİ
Gəl ki, qəmdən canımı yaxdı fəraq,
Razimi naməhrəmǝ çaxdı fəraq,
Boynuma həsrət ipin taxdı fəraq,
Canımı gör kim, nə xoş yaxdı fəraq.
İMADƏDDİN NƏSİMİ
Çün zümürrüd qıldı eynimi əqiq,
Mubəmu eylər könül fikri-dəqiq,
Dil şinavər oldu dər bəhri-əmiq,
Dür gətirdi, gəl, xəridar ol, rəfiq.
İMADƏDDİN NƏSİMİ
Ey rüxün eşqində sərgərdan fələk,
Üzünə qarşu sücud eylər mələk.
Hüsn içində fərdi-yektasən, nə şək,
Hər kişinin nəqdini çaxar məhək.
İMADƏDDİN NƏSİMİ
Ey günəş, nuri-təcəlladir üzün,
Surətin filcümlə, mənadir üzün,
Surəti bicunü mövladir üzün,
Əbcəd ilə mim əlif badir üzün.
İMADƏDDİN NƏSİMİ
Ey xətin Xızr, abi-heyvandır sözün,
Söylǝ, ey can, söylə kim, candır sözün!
Surətin ərş ilə rəhmandır sözün,
Ey sözü həq, cümlə Qurandır sözün.
İMADƏDDİN NƏSİMİ
Həşrü nəşrin afitabidir üzün,
Saətin yovmül-hesabidir üzün,
Cənnətin şəmü şərabidir üzün,
Rövzənin hüsnül-məabidir üzün.
İMADƏDDİN NƏSİMİ
Həqq əyan oldu, gəlin, həqqi görün!
Həqqi batildən seçin, fərqi görün!
Bədrimin üzündəki şəqqi görün!
Aləmǝ sığmaz ənəl həqqi görün!
İMADƏDDİN NƏSİMİ
Həqq əyan olduvü getdi şirkü şək.
Vahidin yoxdur şəriki, müştərək.
Çox zaman keçdiyü çox gəzdi fələk.
Səndə gördü mədəni-hüsni-nəmək.
İMADƏDDİN NƏSİMİ
Şəmi-tovhidi-hidayətdir üzün.
Surəti-həqdən kinayətdir üzün.
Bibidəyət, binəhayətdir üzün,
Həm nəhayət, həm bidayətdir üzün.
İMADƏDDİN NƏSİMİ
Surəti-həqdən işarətdir üzün,
Əhli-tovhidə bəşarətdir üzün,
Həccü ehramü ziyarətdir üzün,
Cümləəşyadan ibarətdir üzün.
İMADƏDDİN NƏSİMİ
Aşiqə iman ilə dindir üzün.
Bir adı bütxaneyi-Çindir üzün.
Əbcədü tahavü yasindir üzün,
Ərşü kürsi Turisinindir üzün.
İMADƏDDİN NƏSİMİ
Aşiqin beytülhəramidir üzün,
Arifin Darüssəlamidir üzün,
Əhli-imanın imamidir üzün,
Dünyəvi üqba tamamidir üzün.
İMADƏDDİN NƏSİMİ
Eşqin əhli bisərü saman gərək,
Dostu üçün zarü sərgərdan gərək.
Hər kimə kim, mülki-cavidan gərək,
Fitnə qaşın yayına qurban gərək.
İMADƏDDİN NƏSİMİ
Fəzli-həqqin "Cavidanidir" üzün,
Aləmin doğru nişanidir üzün.
Əhli-erafə məanidir üzün,
Bütpərəstin şami-xanidir üzün
İMADƏDDİN NƏSİMİ
Qibleyi-ərbabi-taətdir üzün.
Nüsxeyi-işrət, saətdir üzün,
Sanei-süni-sənaətdir üzün,
Gör necə yovmi-şəfaətdir üzün.
İMADƏDDİN NƏSİMİ