Könlümüz bir yar əlindən xəstədir,
Gözü qara, qaşları peyvəstədir.
Naz edərsə nazını çəkmək gərək,
Can fəda qılmaq gərək, növrəstədir.
İMADƏDDİN NƏSİMİ
Printable View
Könlümüz bir yar əlindən xəstədir,
Gözü qara, qaşları peyvəstədir.
Naz edərsə nazını çəkmək gərək,
Can fəda qılmaq gərək, növrəstədir.
İMADƏDDİN NƏSİMİ
Şəmi rüxünə günəş pərvanədir,
Tən sədəfdir, surətin dürdanədir.
Nüğli-mey ləlin, gözün peymanədir,
Məsti-eşqin məscidü meyxanədir.
İMADƏDDİN NƏSİMİ
Fitnənin başı gözün sevdasıdır,
Şurü şər hüsni-rüxun qovğasıdır.
Kövsərin xəmri ləbin səhbasıdır,
İndi dişin lölöi-lalasıdır.
İMADƏDDİN NƏSİMİ
Saçların qədrü bəratın leylidir,
Aşiqin Məcnunü hüsnün Leylidir.
Həmdəmim daim xəyalın xeylidir,
Surətin sövmü salatin keylidir.
İMADƏDDİN NƏSİMİ
Əqrəb oldu aləmin xəlqivü mar,
Fitnə yayıldı əla qomüş-şərar.
Qandadır bir ari batin, doğru yar?
Qanı insafü mürüvvət, kimdə var?
İMADƏDDİN NƏSİMİ
Saqiya, mən sərxoşam, yarım gətir,
Bir qədəh çün dərkəşəm, yarım gətir.
Neylərəm mən sənsizin canü cahan,
Həsbətən lillah sana ranım gətir.
İMADƏDDİN NƏSİMİ
Fitnədir eynin, üzün şəmsü qəmər,
Fitneyi-dövrü qəmərsən bəs məgər?
Surətin həqdir, budur həqdən xəbər,
Söyləyən həqdir, vəli, adı bəşər.
İMADƏDDİN NƏSİMİ
Şol qaşı çaçı büti-məhvəş gəlir,
Kirpik oxundan dolu tərkəş gəlir.
Həq meyindən gözləri sərxoş gəlir,
Kirpiyi, qaşı hesabı şeş gəlir.
İMADƏDDİN NƏSİMİ
Ey saçın hər tarına min can əsir,
Surətin yektavü adın binəzir.
Surətin yazusu reyhan, həq dəbir,
Həm səmiü bibədəlsən, həm bəsir.
İMADƏDDİN NƏSİMİ
Yeddidir, dörd yeddidən bir yeddidir,
Yüz igirmi dörd yenə üç yeddidir.
Evi bir, bacası yeddi, babı üç,
Əhli beyt ilə özü on yeddidir.
İMADƏDDİN NƏSİMİ
Kafi nun mənidə külli-mənidür,
Yəni kafü nun sədəfdir, məni dür.
Məhşərin suru çalındı, yatma, dur,
Gör ki, nə sövdadasan, halın nədür?
İMADƏDDİN NƏSİMİ
Gəl mənə bir söylə kim, iman nədir?
Bu namazü rövzəvü fərman nədir?
Bir kişi kim qəlblə-mövti, bilmədi,
Ol nə bilsin can ilə canan nədir?
İMADƏDDİN NƏSİMİ
Cənnətin vərdi üzün gülzarıdır,
Şəmi-vəhdətdir üzün, gül narıdır.
Ay ilə günəş üzün ənvarıdır,
Leylətül-əsra saçın əsrarıdır.
İMADƏDDİN NƏSİMİ
Hər nə yerdə, göydə var, adəmdə var,
Hər nə ayda, ildə var, adəmdə var.
Hər nəəldə, üzdə var, qəddəmdə var.
Həq sözün fəhm etməyən adəm dǝ var.
İMADƏDDİN NƏSİMİ
Həq təala adəm oğlu özüdür,
Otuz iki həq kəlami sözüdür.
Cümlə aləm bil ki, allah özüdür,
Adəm ol candır ki, günəş üzüdür.
İMADƏDDİN NƏSİMİ
Arizi yarın cinan bostanıdır,
Ol qədi tuba, saçı reyhanıdır.
Kuyi cənnət, əhli-dil rizvanıdır.
Bəs rəqib bu ortanın şeytanıdır.
İMADƏDDİN NƏSİMİ
Adəm oldur ki, cahanın canıdır,
Adəmə yol bulmayanlar fanidir.
Adəmin vəchində sirri-kainat,
Oxugil ki, qibleyi-rəhmanıdır.
İMADƏDDİN NƏSİMİ
Saf içən hər dəm səfa hasil qılır,
Dürd içən dərdə dəva hasil qılır.
Kim ki, yari-bivəfa hasil qılır,
Canına yüz min bəla hasil qılır.
İMADƏDDİN NƏSİMİ
Məzhəri-sidqü səfa sinəndədir,
Məxzəni-mehrü vəfa sinəndədir.
Xəstə könlümə şəfa sinəndədir,
Hər nə dərd olsa, dəva sinəndədir.
İMADƏDDİN NƏSİMİ
Ey sənəm, eynin xumarı fitnədir,
Kirpiyin qaşınla varı fitnədir.
Zülfi-ənbər mişkbarı fitnədir,
Cəd zülfində şümari fitnədir.
İMADƏDDİN NƏSİMİ
Sureyi-nuri-düxandır zülfi-yar,
Yəni küfr ilə imandır zülfi-yar.
Nəəcəb gənci-nihandır zülfi-yar,
Aşiqə elmi-bəyandır zülfi-yar.
İMADƏDDİN NƏSİMİ
Dilbərin xətti güli xəndanidir,
Şol mütərra sünbüli reyhanidir.
Can əgǝr təndən rəvan ola nə qəm
Əhdi-eşqin canı çün cananidir.
İMADƏDDİN NƏSİMİ
Dust Leylivü könül Məcnundur.
Fitnəli qaşına can məftundur.
Yar vəslin almayan can nəqdinə,
Eşq bazarında key, məğbundur.
İMADƏDDİN NƏSİMİ
Çün cəmalın məhşərin gülzaridir.
Hovzü kövsər bəs dodağın yarıdır.
Hər kim olsa vəsli-hüsnündən cüda,
Ona firqət bəs cəhənnəm naridir.
İMADƏDDİN NƏSİMİ
Pərdə çəkmiş ara yerdə pərdədar.
Pərdə içindən bəri bax gör nə var.
Adəmi gör, adəmi bil, adəmi.
Adəmin əsrarını bilməz dəvar.
İMADƏDDİN NƏSİMİ
Sivü du dəndan çü dürri-abidar,
Ləblərin abında heyvan suyu var.
Xızrını zində qılıbdır bu nigar,
Könlümüz çün susadı ləbdən suvar.
İMADƏDDİN NƏSİMİ
Fəsli-həqdir vaqifi-əsrarımız,
Fəzli həqdəndir qamu ənvarımız.
Fəzli-həq göstərmiş idi karımız.
Fəzli-həqdir, fəzli-həq memarımız.
İMADƏDDİN NƏSİMİ
Favü zadü lamə düşdü könlümüz,
Kəbəvü ehramə düşdü könlümüz.
Eşqi-biəncamə düşdü könlümüz,
"Cavidani-namə" düşdü könlümüz.
İMADƏDDİN NƏSİMİ
Favü zadü lamə düşdü könlümüz,
Gördü eyni camə düşdü könlümüz.
Sünbülün tək damə düşdü könlümüz,
Arizuyi-xamə düşdü könlümüz.
İMADƏDDİN NƏSİMİ
Favü zadü lamə düşdü könlümüz,
Nərgisi tək camə düşdü könlümüz,
Sünbülündən şamə düşdü könlümüz,
Danə gördü, damə düşdü könlümüz.
İMADƏDDİN NƏSİMİ
Bir əcaib şahə düşdü könlümüz,
Üzü bədrü mahə düşdü könlümüz,
"Qül kəfi billahə" düşdü könlümüz,
Məzhəri-allahə düşdü könlümüz.
İMADƏDDİN NƏSİMİ
Nagəhan bir şahə düşdü könlümüz,
Üzü bədrü mahə düşdü könlümüz,
Taki Fəzlullahə düşdü könlümüz,
Uş həqiqi rahə düşdü könlümüz.
İMADƏDDİN NƏSİMİ
Pərdə üzündən götürdü mahimiz,
Həqdən oldu, həqqə doğru rahimiz,
Surətü mənidə həqdir şahimiz,
Dinlə laila-illəllahimiz.
İMADƏDDİN NƏSİMİ
Ey camalın surəti-rəhmanimiz,
Ey dodağın çeşmeyi-heyvanimiz,
Qaşlarındır razi-sübhanəlləzi,
Ey vüsalın şərbəti imanimiz.
İMADƏDDİN NƏSİMİ
Məğribü məşriqdən oldu seylimiz,
Yeddi ulduz, on iki bürc əslimiz,
Bistü həştü sivü düdür nəslimiz,
Fəzli-həqdən oldu babü fəslimiz.
İMADƏDDİN NƏSİMİ
Sənsiz, ey can, könlüm aram eyləməz,
Can yanar, səbr, ey dilarəm, eyləməz.
Ləlini dövlət mana ram eyləməz,
Neyçün, ey sərvi-güləndam, eyləməz.
İMADƏDDİN NƏSİMİ
Üç yüz altmış gündürür dövranımız,
Altı gəz altmış olur ey canımız,
Şeş cəhətdən baxıcaq hər vəch ilə,
Görünür bu məfsəli-insanımız.
İMADƏDDİN NƏSİMİ
Yeddi göz yeddi olur hər yeddimiz,
İstiva keçdik səkkizdir yeddimiz,
Gər kəlamüllaha eylərsən nəzər,
Əlli olur hərfi nüktə yedimiz.
İMADƏDDİN NƏSİMİ
Gəl rizasın istə həqqin hər nəfəs,
Çünki, həqdir yar iki aləmdə bǝs.
Dünya məhmildir, anın dövrü cərəs,
Uçacaq can quşu, boş qalır qəfəs.
İMADƏDDİN NƏSİMİ
İndəhü elmül-kitab, ol mah imiş,
Qül kəfi billah Fəzlullah imiş.
Qibləsi aşiqlərin ol şah imiş,
Səcdədən başın çəkən gümrah imiş.
İMADƏDDİN NƏSİMİ