Ey camalın kafü hey, yey, eynü sad,
Məniyi ya sin saçında müstəfat.
Qəddi min-Tuba, əya huri nicat,
Səcdeyi-vəchində meracil-ibat.
İMADƏDDİN NƏSİMİ
Printable View
Ey camalın kafü hey, yey, eynü sad,
Məniyi ya sin saçında müstəfat.
Qəddi min-Tuba, əya huri nicat,
Səcdeyi-vəchində meracil-ibat.
İMADƏDDİN NƏSİMİ
Gəl, mühiti-eşqə bir gəz dala gör,
Vəhdətin dürrün içindən ala gör.
Adəmǝ qıl səcdə, kibri sala gör,
Olma şeytan, düşmə məkrü ala gör.
İMADƏDDİN NƏSİMİ
Qaşların yayı məni qurban edər.
Surətin nəqşi könül heyran edər,
Gör bu qüdrət möcüzü yəzdan edər,
Cümləəşya səndə uş seyran edər.
İMADƏDDİN NƏSİMİ
Abü xaki eylədi çün həq xəmir,
Ərşini xəlq eylədi yəni sərir,
Hüsnünü şah eylədi, eşqi əmir
Aşiqü məşuq ilə eşq oldu bir.
İMADƏDDİN NƏSİMİ
Yar əlindən çün meyi-dilkəş gǝlir,
İçəlim, həqdən nə gəlsə xoş gəlir.
On səkkiz min aləmin sirrin bilən
Kəbəteyni atacaq se şeş gəlir.
İMADƏDDİN NƏSİMİ
Çün həqi hər yerdə aydırsan ki, var,
Səndə bəs həq var imiş, həq səndə var.
Ənbiyanın sirrini bilməz davar,
Qismət olmaz divə rahi-xoşgüvar.
İMADƏDDİN NƏSİMİ
Çox zaman keçdivü çox gəzdi mədar,
Səndən özgə görmədi bir doğru yar.
Hər kimin mənzuru sənsən, ey nigar,
Cənnəti-əladadır leylü nəhar.
İMADƏDDİN NƏSİMİ
Həq təalanın kəlamı səndədir,
Favü zad ol bil ki, lamı səndədir.
Rövşənin darüssəlamı səndədir.
Gör kəlami həm səlami səndədir.
İMADƏDDİN NƏSİMİ
Gəl ki, sənsən ərşü kürsi səndədir,
Bistü həştü sivü düsi səndədir,
Ey Məsiha, ruhi-qüdsi səndədir.
Həqmisən, yoxsa ki, əksi səndədir?
İMADƏDDİN NƏSİMİ
Ey könül, həq səndədir, həq səndədir,
Söylə həqqi kim, ənəlhəq səndədir,
Nuri mütləq, zati mütləq səndədir.
Müshəfin hərfi mühəqqəq səndədir.
İMADƏDDİN NƏSİMİ
Həq təala varlığı adəmdədir.
Ev onundur, ol bu evdə dəmdədir.
Bilmədi şeytan bu sirri, qəmdədir,
Ol səbəbdən ta əbəd matəmdədir.
İMADƏDDİN NƏSİMİ
Gər hǝq oldun, həq sifatın qandadır?
Həq süfat ol, gör ki, zatın qandadır?
Gər mühit oldun cəhatın qandadır?
Ey Kəmax, axər Fəratın qandadır?
İMADƏDDİN NƏSİMİ
Cövhəri-fərd adəmin kanındadır,
Küntə kənzən adəmin şanındadır.
Gərçi şeytan adəmin qatındadır,
Sirri-əsma adəmin canındadır.
İMADƏDDİN NƏSİMİ
Aşiqin seyranı ol aləmdədir,
Bilməyən ol aləmi matəmdədir,
Küntə kənzin cövhəri adəmdədir,
Adəm ol meydir ki, cami-Cəmdədir
İMADƏDDİN NƏSİMİ
İsanin əsli bilən Məryəmdədir,
Həq Süleyman hakimi xatəmdədir.
On səkkiz min aləmin sirrin bilən,
Ol ləqəd kərrəm bəniadəmdədir.
İMADƏDDİN NƏSİMİ
Xeyli müddətdir ki, dərdin məndədir,
Dil sənə bir boynu bağlı bəndədir.
Saldı hicranın ayağımdan məni.
Sən bilirsən, indi mürvət səndədir.
İMADƏDDİN NƏSİMİ
Həq təalanın kəlamı nurdur,
Görməyən ol nuri həqdən durdur.
Çün ənəlhəǝq söyləyən Mənsurdur,
Gəldi İsrafil əlində surdur
İMADƏDDİN NƏSİMİ
Həq sözün gör ki, necə dürdanədir,
Həq sözünü bilməyənlər da nədir?
Cahilü nadan nə bilsin danə dür.
Danəyi dana bilir kim, danədir.
İMADƏDDİN NƏSİMİ
Dutdu üzündən cahanı cümlə nur.
Həq hidayət etdi Mehdidən zühur.
Endi İsa, gəldi Musa, doldu nur,
Zahir oldu möminə cənnəti hur.
İMADƏDDİN NƏSİMİ
Hər nə kim təqdiri-yəzdani qılır,
Eyni hikmətdir, həq ərzani qılır,
Şah iki aləmdə sultanı qılır,
Hər nə kim könlü dilər, anı qılır.
İMADƏDDİN NƏSİMİ
Surətin nəqşində qıldı həq zühur,
Üştə müshəf gəl oxu allah nur,
Zülfü rüxsarındadır həşri nüşur,
Ey boyu tuba, üzü cənnati hur.
İMADƏDDİN NƏSİMİ
Mahımın üzündən oldu pərdə dur,
Gəldi həqdən ayəti-allah nur,
Ey xətü xalın təcəlli, üzün Tur,
Surətin mənisidir cənnati hur.
İMADƏDDİN NƏSİMİ
Bil vücudun kim, Süleyman təxtidir,
Həm imarət qıl ki, sultan təxtidir.
Cismini yoğurdu çün can təxtidir,
Həq qatında həşrü mizan təxtidir.
İMADƏDDİN NƏSİMİ
Ləbinə ləli-canfəza dedilər,
Sormuşam, dərdimə dəva dedilər.
Qamətin balası bəla dedilər,
Bizləri ona mübtəla dedilər.
İMADƏDDİN NƏSİMİ
Ey günəş surətli, yari-dilpəzir,
Tələtindən utanır bədri-münir.
Neyləyim ki, mən fəqirəm, sən əmir,
Həsrətindən ürəyim hər dəm ərir.
İMADƏDDİN NƏSİMİ
Surətin müshəfdir, ey bədri-münir,
Xilqətin sər ta qədimdir dilpəzir,
Əhli-ürfan ol, nəəshabi-sərir
Bil ki, həqdir həm səmiü həm bəsir.
İMADƏDDİN NƏSİMİ
Ay ilə günəş üzün heyranıdır,
Mişk iləənbər saçın tərxanıdır,
Çün Nəsimi aləmin sultanıdır,
Dövr anın, dövran anın dövranıdır.
İMADƏDDİN NƏSİMİ
Ey iki aləmdə hüsnün binəzir,
Fitnəli qaşın kamandır, qəmzə tir.
Ənbərin zülfün tozundandır əbir,
Məhşər oldu, qopdu hüsnündən nəfir.
İMADƏDDİN NƏSİMİ
Həqqə yar ol, ey könül, yar ol, yetər,
Həqqi çün yar eylədin, var ol, yetər,
Nurə nur ol, narə ol nar ol, yetər
Adəmə oldur səzavar, ol yetər.
İMADƏDDİN NƏSİMİ
Ey hərami gözlərin yəğmaçılar.
Kəbə üzündür, məlaik hacılar.
Eşqinə ümmət olandır nacilər,
Vey dodağından xəcil həlvaçılar.
İMADƏDDİN NƏSİMİ
Usta var əyrivü həm yalançıdır,
Kim dedi yalançıyı, kim nacidir.
Fitnənin başmağı onun tacıdır,
Məkrü al əsrasivü meracıdır.
İMADƏDDİN NƏSİMİ
Allahın Fəzli bizə oldu bəşir,
Bəşrna beməğferən əcrǝn kəbir
Yerü göyün mənzərisən, ey əmir,
Yələm-əs-sirr əl-xifa mafil-zəmir.
İMADƏDDİN NƏSİMİ
Ey cəmalın hüsnünə heyran qəmər,
Sünbülün dövründədir pünhan qəmər,
Ləmyəzəl günəşsən, ey taban qəmər.
Gəl ki, verdi hüsnünə dövran qəmər.
İMADƏDDİN NƏSİMİ
Gəldim uş həqdən, gətirdim xoş xəbər,
Eyni şinü qaf ilə qıldım nəzər.
On səkkiz min aləm içrə sərbəsər.
Həqqi gördüm, dopdoludur bəhrü bǝr.
İMADƏDDİN NƏSİMİ
Qamətin hǝr dəm qiyamət göstərir.
Gör bu qəddi kim, nə qamət göstərir.
Kəbə üzündən əlamət göstərir.
Qanlı eynin bax, imamət göstərir.
İMADƏDDİN NƏSİMİ
Qabü-qövseyn iki qaşın yayidir.
Vəzzühanın şəmsi üzün ayidir.
Dünvǝyü üqba saçın bir taridir
Dur bulur hər kim ki, ol dəryayidir.
İMADƏDDİN NƏSİMİ
Ol nədir kim, hayü-huyi altıdur?
Kim görübdür bir sədəfdə altı dür?
Bistü həştdən dişxarı heç nəsnə yox,
Fövq başın, təht ayağın altıdur.
İMADƏDDİN NƏSİMİ
Ey günəş üzlü, camalın fitnədir?
Nünü mimin, eynü dalın fitnədir.
Ey büti-gülçöhrə, alın fitnədir,
Qəmzə cadu, zülmü xalın fitnədir.
İMADƏDDİN NƏSİMİ
Hər ki, sən şirinləb üçün ad oxur,
Xosrovü xuban şəhi, Fərhad oxur.
Qamətini sərv ilə şümşad oxur,
Gözlərini zalimü bidad oxur.
İMADƏDDİN NƏSİMİ
Çün vücudundur, nigara, şəhriyar,
Surətü mənidə sənsən şəhriyar.
Məniyi-şəqqül-qəmər çün səndədir,
İstiva eylə camalın, şəhri yar.
İMADƏDDİN NƏSİMİ