عشقینله گئرک حاصیل اولا،او،یوخدورأوممیده گئرک ساحیله اولا،او،یوخدور***صبر ائیله دئییرسن کی، ایشین یاخشی اولارقلب اولا،اونا قابیل اولا،او یوخدور***عین القضات میانه چی
Printable View
عشقینله گئرک حاصیل اولا،او،یوخدورأوممیده گئرک ساحیله اولا،او،یوخدور***صبر ائیله دئییرسن کی، ایشین یاخشی اولارقلب اولا،اونا قابیل اولا،او یوخدور***عین القضات میانه چی
چوخ میللت یوخ اولدو اولو دونیادانهارادادیر سارایلار،مسجیدلر هاردا؟***عؤمور گئدیر الدن عیشرته جان آتنعمته گؤز یومما فانی دیر حایات***خوش گونلرین ایپی الینه گئچجکنعمته لاقید لیک حؤکموندن ال چک***شهاب الدّبن سُهره وَردی
ایللر گیزلتدیم اونو اغیاریدان موداموئریدم او شوخه گؤزلریم أوستونده یئر فقط***اول شوخ باخیشلی گؤزیاشیمین ساده طیفلی تکگؤزدن یویوردو،أوز گؤزومه چیخدی عاقیبت***ابوالعُلی گنجوی
کؤنلوم چیخیب گئدیبدیر،بیلمم نه جور بلا وار***
من کی عزیز توتاردیم،بس بوندا نه قضا وار؟
ظننیم چاتان مکاندان سوردوم،سوراغین ائتدیم
الدن دوشوب یورولدوم،بو یوللا چوخ جفا وار
***
هی آختاریب سوروشدوم،بیر تاپمادیم نیشانه
یارب اونون باشیندا نه گیزلی ماجرا وار؟
***
ائتدیم گومان کی بلکه قاچمیشدیر عشق الیندن
عشقه دوشوب او،یوخسا ظننیمده بیر خطا وار؟
***
سویموش مگر چئکیلدی،تورپاغا هوپدو،گئتدی
یا قوش اولوب او اوچدو،باشیندا نه هاوا وار؟
***
أوچ گون سوراعین ائتدیم،جار چئکدیم هر طرفده
اوندان بو هنده ورده نه صوت،نه صدا وار
***
کیمدیر خبر وئرن بیر یورغون غریب أورکدن؟
آیا بو دره آخیر بیر چاره،بیر دوا وار؟
***
دیل آچدی بیر اوشاق کی،خاقانی اولما غمگین
بیر آفتین تئلینده بیر قلبی موبتلا وار
***
افضل الدّین خاقانی شیروانی
دؤران سنی گؤندردی،نه خوررم گلدینای حوری ملک،سن منه همدم گلدین***هئچ فیکریمه گلمزدی سنی گؤررم منهاردان یئل اسیب،دردیمه ملحم گلدین***مجیرالدّین بیله قانی
ظولمتلر الیندن قالماییب نیجاتبو سونسوز یوللاردا گؤرونمور نیجات
***
بلکه ده خیضر تک بیر نفر گلدی
وئردی بیزیم أوچون او،آبی حیات
***
محمد فلکی شیروانی
یوکسک حضورونا یئتمدیم بو گونأوزروم وار،گوناهیم بوراسیندادیر***کؤنول گمیسینده فیکریمین نوحومدحین قاسیرغاسی اورتاسیندادیر***قیوامی متعرّزی
کویینده فلک دون گئجه گؤرجک منی سوردو"کیم سالدی سنی بو حالا؟دور بیر منه گؤستر"
***
"یارین او خومار گؤزلری"دیندیم.دئدی :هیهات!
"چوخ سرخوش اولوبلار،سنی،قاچ،ئولدوره جکلر"
***
عزالدّین شیروانی
بير الا گوزلو اوجا بويلي يارا يار اولموشام
جان ويروب ناز الميشام رسواي بازار اولموشام
نيلوم اخر يوخدي بو جاندان صورا ايري واريم
بير بو جاندور گون قباقنده قالان قار اولموشام
ائتمشم ازبر ادين ديلده اولوب غم موسيم
حسرتي ديلده نچه مين يول اولوب وار اولموشام
اولماسا بير كيمسه عاشق درك ائدنمز حاليمي
اديمي عاشق قويوب درده گرفتار اولموشام
جرئتيم يوخدور دييم منده دوغرچي عاشقم
وار بو قدري يانمشام مشتاق ديدار اولموشام
انتظارم گلسه والله خسته گوگلوم دينجلر
چاره ايلر درديمه چوخداندي بيمار اولموشام
خوش گونه حسرتدي گوگوم اولموشام غم دوستاقي
فرقتونده باتمشام ياسه عزادار اولموشام
ليلينون حسنيدي مجوني سالان چولدن چوله
منده عشقوه دوشوب چولدن چوله زار اولموشام
حكم ايدوب حام كه عاشق اولماقين چوخ جرمي وار
ذره قورخوم يوخ اگر منده گنهكار اولموشام
عشق اولا ماواده اتديم باش و جان سوداسيني
قورخوسور منصور تك اماده دار اولموشام
هوشمند اولماق يارين كوينده بيجا فيكريدور
ياره جان قوربان ديوب كوينده زوار اولموشام
Gəl ki, müştaq olmuşam didarına,
Vermişəm can zülfi-ənbərbarına,
Məhrəm etdin çün məni əsrarına,
Ey pəri, gəl çək məni bir darına.
İMADƏDDİN NƏSİMİ
Ey saçın "vəlleyl", üzün "vəzzüha",
Surətin şənində gəldi "qül kəfa".
Ey saçından çün əyan oldu mana,
Sirri-ərrahman ələl-ərş-istiva.
İMADƏDDİN NƏSİMİ
Eşq ilə gəldi cəmiyi-ənbiya,
Eşqdir seyrü süluki-övliya.
Eşq ilə yola girərlər biriya,
Eşq ilə vasil olurlar tanrıya.
İMADƏDDİN NƏSİMİ
Ey üzün min-indəhü elmül-kitab,
"Qül kəfa" gəldi cəmalından xitab.
Surətin həqdir, götür həqdən niqab,
Həq budur, vəllahi-aləm-bissəvab.
İMADƏDDİN NƏSİMİ
Ey camalından münəvvər afitab,
Düşdü hüsnün pərtövündən ayə tab.
Kirpiyin, zülfün, qaşın ümmül-kitab,
Oldu üzündən əyan yövmül-hesab
İMADƏDDİN NƏSİMİ
Ey saçın dövründə məstur afitab,
Vey üzün aləmdə məşhur afitab,
Utanır hüsnündən, ey hur, afitab,
Səndən oldu məstü məxmur afitab.
İMADƏDDİN NƏSİMİ
Ey qəmər üzlü, götür həqdən niqab
Kim, üzündə rövşən oldu afitab.
Arada munca nədəndir bu hicab?
Şərh edər "min indəhü" ümmül-kitab.
İMADƏDDİN NƏSİMİ
Ey məlik, mülkündə vəchin afitab,
Ey boyu sidrə, rüxün ümmül-kitab.
Düşdü canə atəşi-hicrində tab,
Şövqi-eşqin bağrımı qıldı kəbab.
İMADƏDDİN NƏSİMİ
Ey özündən bixəbər, qafil qərib,
Bilməmişsən sirri-əsrari-əcib.
Olmasın bu sirrə məhrəm hər rəqib,
Həmçinin pünhan gərək razi-həbib.
İMADƏDDİN NƏSİMİ
Canımın cananəsi sənsən, həbib,
Xubların fərzanəsi sənsən, həbib,
Küntə-kənzin xanəsi sənsən, həbib
Vəhdətin dürdanəsi sənsən, həbib.
İMADƏDDİN NƏSİMİ
Bir-iki-üç gün cahandır cayigəşt,
Faida qılmaz, keçər çün dər güzəşt.
Dərd ilə sən özünü qılma məlul,
Şadiman ol, ta gəlincə həftü həşt.
İMADƏDDİN NƏSİMİ
Ey rüxün eşqindəəqlim şahmat,
Səlsəbil oldu ləbin abi-həyat.
Ünsürün dörd oldu, həddin şeş cəhat,
Qəflətin müstəhliki bulmaz nəcat.
İMADƏDDİN NƏSİMİ
Ey üzün ayati ənvari-sifat,
Zülfü xalın sureyi-vəlmürsəlat.
Ayağın tozuna dəyməz kainat,
Failatün, failatün, failat.
İMADƏDDİN NƏSİMİ
Ey xətin Xızrü ləbin abi-həyat,
Ənbərin zülfün şəbi-qədrü bərat.
Mehrü şah istər camalından zəkat.
Failatün, failatün, failat.
İMADƏDDİN NƏSİMİ
Al əlindən atını yabana at,
Həqpərəst ol, həqqi tanı, olma at,
Dünyanın dövründə yoxdur çün səbat,
Atını qaçırma rüxdən, olma mat
İMADƏDDİN NƏSİMİ
Kafü nun əmrində oldu kainat,
Həm süfatdır kafü nun, həm eyni-zat.
Kafü nundan vacib oldu mümkünat,
Bil ki, sənsən aləmi zatü süfat.
İMADƏDDİN NƏSİMİ
Gəldi bəydən muştucu bir gündə dört,
Bəy sizə yazdırdı bir köklük yoğurt.
Ol dəxi yarısı su, yarısı dürt,
Bəxşişə türkmanmı yeydir, yoxsa kürt!
İMADƏDDİN NƏSİMİ
Gəlmişəm qalu bəlidən meypərəst,
Aşiqəm məstəm, vəli, məsti-ələst.
Ey gözün sevdalərindən fitnə məst,
Sünbülün hər tarəsi mənidə şəst.
İMADƏDDİN NƏSİMİ
Bir büsati-eşq imiş şətrənci-zat,
Otuz ikidən gəlibdir kainat.
Uyxudan oyan, anı tanıvü gör,
Olmayasan bu büsatə şahi mat.
İMADƏDDİN NƏSİMİ
Ey münəvvər çöhrənizdən kainat,
Qismət iltər xanınızdan cümlə zat.
Məxfi ikən, zahir oldu dərdimiz,
Otuz iki laməmat, illa həyat.
İMADƏDDİN NƏSİMİ
Ey təbibi-haziqü nazikmizac,
Sən bilirsən xəstə könlüməəlac.
Mən könül ilə sənə qul olmuşam,
Şivə ilə nazinə nə ehtiyac?
İMADƏDDİN NƏSİMİ
Doğdu Məğribdən günəş, endi Məsih,
Burğu çalındıvü həşr oldu səhih.
Keç kinayətdən ki, rəmz oldu sərih,
Gör ki, müstəhsənmisən, yoxsa qəbih?
İMADƏDDİN NƏSİMİ
Saqiyi-gülrüx əlindən bir qədəh
İç pərişan xatirin olsun fərəh.
Mey həram isə həqin nitqi həlal,
Qamu məzhəbdə budur qövlü əsəh.
İMADƏDDİN NƏSİMİ
Dalmışam şol bəhrə kim, payanı yox,
Düşmüşəm şol rəncə kim, xüsranı yox.
Görmüşəm şol bədri kim, nüqsanı yox.
Bulmuşam şol gənci kim, viranı yox.
İMADƏDDİN NƏSİMİ
Dərdinə aşiqlərin dərmanı yox,
Zərqi çox zahidlərin, imanı yox,
Canına hey der və leykən canı yox,
Əhdinə sabit deyil, peymanı yox.
İMADƏDDİN NƏSİMİ
Könlümü yəğmaladı şol alı çox
Şol qızıl gül, rəngi gülgyn, alı çox,
Zülfünün sirri uzundur, halı çox,
Şol şəkər sözlü dodağın balı çox.
İMADƏDDİN NƏSİMİ
Ey boyun tuba, üzün darül-xülud,
Hüsnünə xurşidü mah eylər sücud.
Taleyin mülkündə cəm oldu səüd
Sivü du nuri-xuda, yek nur bud.
İMADƏDDİN NƏSİMİ
Ey camalın qülhüvəllahi-əhəd,
Surətin yazusu allahü-səməd,
Bir ucu zülfün əzəl, biri əbəd,
Hüsnünə şeytan imiş mən-la-səcəd.
İMADƏDDİN NƏSİMİ
Kim ki, oldu taleyi həqdən səid,
Olmadı şeytan kimi adı mərid,
Kim ki, nəfsin görmədi həqdən bəid,
Gecəsi qədr olduvu əyyami eyd.
İMADƏDDİN NƏSİMİ
Ey saçın məhşər, üzün darül-xülud,
Kəbə üzünə qılır aləm sücud.
Ey saçın buyi əbirü mişkü ud,
Çıxdı eşqin atəşindən çərxə dud.
İMADƏDDİN NƏSİMİ
Ey əzəl nuri-camalın ta əbəd,
Məndə nəqş oldu xəyalın ta əbəd.
Biğürub oldu həlalın ta əbəd.
Ey günəş, yoxdur zəvalın ta əbəd.
İMADƏDDİN NƏSİMİ